AYNA-nın portaldan gizlətdiyi 3,1 milyonluq tender... - QALİBİ İSƏ...


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “2024 - cü ildə yol infrastrukturunun yaxşılaşdırılması, yol hərəkətinin təhlükəsizliyinin artırılması və tıxacların azaldılması üçün nəzərdə tutulan iş və xidmətlərin satınalınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub.

Qalib şirkətlə 3 161 125 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Tarix: 26-05-2024, 08:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}