Azərbaycanda yarım milyon manatlıq şirkət bağlanır - YIĞINCAQ

Azərbaycanda yarım milyon manatlıq şirkət bağlanır
"Gəncə Toxunulmamış Parça" ASC 27 iyun 2024-cü il tarixdə saat 10:00-da cəmiyyətin növbədənkənar iclasının keçirilməsini elan edir.

Dia-az.İnfo xəbər verir ki, yığıncaq AZ2001, Gəncə şəhəri, Ş.İ.Xətai, ev 47 ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. "Gəncə Toxunulmamış Parça" ASC-nin ləğv edilməsi

2. Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi

3."Gəncə Toxunulmamış Parça" ASC-nin ləğv edilməsi ilə əlaqədar qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul edilməsi.

Qeyd edək ki, şirkət 513 min 966 manat nizamnamə kapitalına malik olan şirkət 20 aprel 1998-ci ildə yaradılıb. Qanuni təmsilçisi Mehrac Əliyev Məmməd oğludur.

Cəmiyyətin növbədənkənar iclasının gündəliyi ilə AZ2001, Gəncə şəhəri, Ş.İ.Xətai, ev 47 ünvanda tanış ola bilərsiniz.
Tarix: 30-05-2024, 00:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}