Dövlət qurumundan “Qafqaznet” şirkətinə 1,8 milyonluq - SİFARİŞ

Dövlət qurumundan “Qafqaznet” şirkətinə 1,8 milyonluq
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “Uzaqdan idarə olunan simsiz ünsiyyət vasitələrin alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Qafqaznet” MMC olub.

Qalib şirkətlə 1 821 716 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Qafqaznet” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəyal Əhmədov Əkbər oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov, ev 43A ünvanında yerləşir.

Bağlanmış müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd edilmiş uzaqdan idarə olunan simsiz ünsiyyət vasitələri satın alınacaq.
Tarix: 31-05-2024, 21:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}