"Slavyanka" cərimələnir


"Gədəbəy Mineral Suları" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
 
Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə iyunun 5-də baxılacaq.
 
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
Qeyd: "Gədəbəy Mineral Suları" MMC "Slavyanka" əmtəə nişanının sahibidir. 
Tarix: 1-06-2024, 15:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}