Portaldan yayınan 1,3 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU

Portaldan yayınan 1,3 milyonluq tenderinin qalibi
Dövlət Ehtiyatları Agentliyi “Ərzaqlıq buğdanın saxlanılması xidməti” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Sarı Sünbül” MMC olub.

Qalib şirkətlə 1 368 000 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Dövlət Ehtiyatları Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Qeyd edək ki, “Sarı Sünbül” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eytram Mirzəyev Yusifəli oğludur. Hüquqi ünvanı AZ1060, Bakı şəhəri Nizami rayonu, Bəkir Çobanzadə, ev 2 ünvanında yerləşir.
Tarix: 2-06-2024, 09:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}