“Xalq Sığorta”da geri sayım davam edir: İran obyekti kimi tanınan “Xalq Bank” da bağlanacaq? – VİDEO


Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Xalq Sığorta” şirkətində ciddi geriləmə yaşanır. Belə ki, cumuriyyet.net  Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin 10 ayı üzrə açıqladığı hesabata görə bildirir ki, “Xalq Sığorta” şirkətinin yığım portfeli cari ilin 10 ayında 18 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünüi ilə müqayisədə 15 mln. manat və ya 45% azdır.
Yığımlardakı azalma ilə yanaşı şirkətin sığorta ödənişlərində də ciddi azalma müşahidə olunub. Belə ki, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 19,883 mln. manat həcmində sığorta ödənişi verilmişdir. Son bir illə müqayisədə bu göstərici 2,095 mln. manat və 9,5% az olub.
Bunun ardınca 2024-cü ilin  yanvar-aprel aylarında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 15% azalaraq 7,56 milyon manat təşkil edib. Belə ki, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 1,3 milyon manata bərabər olub. Ötən ilin yanvar-aprel aylarında “Xalq Sığorta”nın yığımları 8,8 milyon manat olmuşdu. Bu ilin ilk dörd ayında “Xalq Sığorta”nın sığorta ödənişləri isə 3,98 milyon manat təşkil edib ki, bu da 2023-ci ilin eyni dövrünə nisbətən 4,3 milyon manat azdır.  Bu dövrdə sığorta ödənişlərinin yığımlara nisbətən daha kəskin azalması onun zərərliliyinə müsbət təsir edib. 2023-cü ilin ilk dörd ayında “Xalq Sığorta” topladığı hər 100 manatın 93,4 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 52,6 manata enib.
Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50 faizii “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə məxsusdur. Bu şirkətlər həm də “Xalq Bank” ASC-nin əsas təsisçiləridir. Maraqlıdır ki, “Xalq Bank”ıa bağlı rəsmi göstəricilər müsbət təqdim olunur. Belə ki, aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlanılıb. Məsələ ilə bağlı cumhuriyyet.az onu da xatırladır ki, “XalqBank”dır ki, zamanında məşhur “VikiLiks” təşkilatı tərəfindən bu bank İranın xüsusi xidmət orqanları ilə əlaqələndirilib. Sənəddə İranın Azərbaycan üzərindən sanksiyalar altına düşən malların daşınmasını, pul trafikini təşkil edən və Tehran rejiminə bağlı olan şəxslərin siyahısı və onların da Bakıdakı əsas maliyyə rıçaqlarından biri kimi “XalqBank” göstərilmişdi.

Tarix: 3-06-2024, 14:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}