Quru sərhədlərin bağlı saxlanması manatın dəyərinin qorunmasına hesablanıb ?

Quru sərhədlərin bağlı saxlanması manatın dəyərinin qorunmasına hesablanıb
Azərbaycanda ABŞ dollarına tələbat illərdir aktuallığını saxlayır. Hətta bir çox məhsulların qiyməti bu valyutaya münasibətdə müəyyənləşdirilir. Uzun müddət ölkənin mənzil bazarında qiymətlər dollarla tənzimlənirdi. 2015-ci ildəki devalvasiya məcburiyyətdən bu yanaşmanın dəyişməsinə səbəb oldu.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda dollara tələbat artıb. Ən azı keçən ilin ilk beş ayı ilə müqayisədə inanılmaz artım qeyd edilməlidir. Müqayisə iki dəfədən çox artımı ortaya çıxarır. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Keçən ilin əvvəlində bunun təxminən yarısı qədər satış olmuşdu.

İqtisadiyyatda vəziyyətin yaxşı olmamasını dəfələrlə yazmışıq. Bu dəfə dolların ətrafında ajiotaj yaradılması da sözünü deyib. Köhnə əsginasları dövriyyədən çıxarmaq cəhdləri əhalinin təşvişinə səbəb oldu. Banklara, valyutadəyişmə məntəqələrinə axın müşahidə edildi. İnsanlar əlində olan manatı dollara dəyişməyə çalışdı. Hətta Mərkəzi Bank rəhbərliyinin əhalini sakitləşdirmək cəhdi də effekt vermədi. Çünki əvvəllər aldadılma çox olub. İnsanlara rəsmi səviyyədə devalvasiya olmayacağı deyildi halda qısa müddət sonra manat dəyər itirib. Buna görə də camaat mümkün qədər pulunu qorumaq barədə düşünür.

Bu dəfə Milli Məclisin ayrı-ayrı üzvləri danışıb. Deputatlar dollara tələbatın artmasını hətta iqtisadiyyatın inkişafı, şaxələnməsi kimi qiymətləndirir. Daha çox Vahid Əhmədov əhalini arxayın edir ki, bu il devalvasiya olmayacaq.

Axırıncı dəfə devalvasiya 2015-ci ildə qeydə alınmışdı. Onda manat il ərzində iki dəfə dəyər itirmişdi.

Bəs 2024-cü ildə devalvasiya ola bilərmi?
Onsuz da suala qətiyyətlə cavab vermək təhlükəli görünür. Ekspertlər bu il devalvasiya gözləmir. Onlar idxalın artmasını hərəkətverici məsələ sayır. Biz isə daha çox iki amili qabartmağın tərəfdarıyıq. Böyük ehtimalla quru sərhədlərin bağlı saxlanması da manatın dəyərinin qorunmasına hesablanıb. Rəsmi dairələr ölkədən valyuta çıxmasından çox ehtiyat edir. Bir sözlə, quru sərhədlərinin bağlı olduğu zaman kəsiyində devalvasiya gözləməyə dəyməz.

İkinci amil neft qiymətləridir. Əlbəttə, qiymətin çox yüksək olduğunu demək olmaz. Amma qiymət təhlükəli zonaya da yaxınlaşmır. Hətta bölgədə ayrı-ayrı münaqişə ocaqlarının qalması neftin gücünü qoruyur.
Tarix: 6-06-2024, 14:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}