Sabiq deputata məxsus olduğu bildirilən şirkət məcburi auditdən yayındı



"Ştutqart" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
 İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.
 
Qeyd: MMC-nin hazırki adı "Şassi"dir. Şirkətin sabiq deputat Nəriman Əliyevə məxsus olduğu bildirilir.
Tarix: 10-06-2024, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}