Muxtar Babayevin bunlardan xəbəri var? - Fermerləri belə məhv edirlər VİDEO

Muxtar Babayevin bunlardan xəbəri var? - Fermerləri belə məhv edirlər VİDEO
Sitat.info bir fermerin hekayəsini işıqlandıraraq bölgələrdəki vəziyyətə diqqət çəkib! Belə ki, Salyanda fermerlər su qıtlığından əziyyət çəkirlər. Su var, sadəcə sahibkarı sıradan çıxarmaq istəyən bir məmur kanalın qarşısını kəsərək dilsiz heyvanları sudan məhrum edir. Görün fermerin başına nə oyun açılır...

Videoda da ömrünü qoyunçuluğa həsr etmiş fermerin şikayətləri öz əksini tapıb.
5 min xırdabuynuzlu heyvanı olan fermer məmurların əlindən dad edir. Dəfələrlə Nazirliyə müraciət edib, lakin özbaşınalığın qarşısı alınmayıb.

Kənd Təsərrüfatı Nazirliyi bu cür fermerlərə dəstək olmaqla ölkədə ət istehsalını artırmalı, idxaldan asılılığı azaltmağa çalışmalıdır.Hazırda ölkədən valyuta Gürcüstana axır, öz fermerimiz isə su üstündə mübarizə aparmalı olur...


Tarix: 18-06-2024, 09:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}