“Hamı ona təzim edir” - Korrupsiyada boğulan ölkənin rəhbəri rep oxuyur və rekordlar qırır...

“Hamı ona təzim edir” - Korrupsiyada boğulan ölkənin rəhbəri rep oxuyur və rekordlar qırır...
Rəsmi olaraq Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın prezidenti və ölkənin Nazirlər Kabinetinin sədridir. Əslində o, qeyri-məhdud qüdrətə malik olan, fərman və qadağaları ilə bütün əhalini qorxu içində saxlayan bir rəhbərdır. Berdiməhəmmədov bəzən Şimali Koreya ilə müqayisədə ən sərt diktaturalardan birinə rəhbərlik edir. Bu ekssentrik rəhbərin çoxlu hobbisi var: kitab yazır, rep oxuyur, məmurlara idmanla məşğul olmağı öyrədir, lakin onun əsas vəzifəsini yerinə yetirməyə - xalqının rifahını təmin etməyə vaxtı yoxdur.
 
Siam.az Moderator.az-a istinadla  "Lenta.ru"-nun bütün dövrlərin və xalqların hökmdarları silsiləsindən Türkmənistan prezidenti və onun ailəsinin həyat tərzi haqqında materialını oxucularına təqdim edir.
 
Hər işdə birinci
 
“Hər axşam Türkmənistan televiziyası çoxlu istedadlara malik prezidentin gördüyü işlərdən bəhs edən bitib-tükənməyən hekayələri xalqla bölüşür. O, ya şəfalı ot və bitki dəstələri ilə qalaqlanmış masada kağızları vərəqləyir, ya da klavişli alətdə ifa edən nəvəsi Kərimqulu ilə birlikdə gitara çalır. Aparıcı izah edir ki, dövlət başçısı bitkilərlə bağlı növbəti kitabını bitirir. Xəbərlərə inansaq, Berdiməhəmmədov əla yarış avtomobili sürücüsü, qolfçu, avtomexanik, velosipedçi, mahir atıcı, it həvəskarı və rəsmi olaraq milli at yetişdiricisi tituluna malik jokeydir. Onun şücaətləri sıraya düzülmüş zavod işçiləri və əsgərlər tərəfindən alqışlanır. Vaxtaşırı insanlar camaatın içindən qaçaraq ona eyni gül dəstələrini verirlər. Hamı prezidentə baş əyərək təzim edir”,deyə Britaniyanın “The Times” qəzeti Türkmənistanda baş verənləri təsvir edir.
 
Türkmənistanda zarafatla deyirlər ki, hökmdarın özünü sınamadığı fəaliyyət sahəsi yoxdur. Macəralara hədsiz istək səbəbiylə o, tez-tez həyat üçün təhlükəli vəziyyətlərə düşür. Belə ki, səkkiz il əvvəl Berdiməhəmmədov saatda 60 kilometr sürətlə ippodrom boyu qaçan atın yəhərindən yıxıldıXüsusi xidmət əməkdaşları prezidentin yıxılmasını lentə alan mobil telefonları ələ keçirmək üçün bütün tribunaları ələk-vələk etdilər. Amma bunun bir faydası olmadı: Türkmənistan liderinin yıxılması ilə bağlı video internetdə yayılAldığı xəsarətlərə baxmayaraq, dövlət başçısı xalqın qarşısına çıxıb, hətta onu yerə atmış atı da öpməyə çalışdı. Berdiməhəmmədov həmin yarışların qalibi oldu və 11 milyon dollar, həmçinin hər biri təxminən 2 milyon dollar dəyərində olan yeddi at qazandı.
 
Prezident sağlam həyat tərzinin fəal tərəfdarı olduğunu nümayiş etdirməyi sevir: liderin idman zalına getdiyini bütün ölkə bilir. Bundan sonra şəbəkədə çoxlu zarafatlar və memlər görünür. Onlardan ən yadda qalanı Berdiməhəmdovun disksiz qızıl ştanqı qaldırdığı videodur. O, Nazirlər Kabinetinin üzvlərinə özlərini formada saxlamağı belə öyrədir.

Prezident məmurlara ştanqla jim etməyi öyrədir

Prezident Berdiməhəmmədov çıxışlarından birində rep oxuyur

Qurbanqulu Berdiməhəmmədov nəvəsi Kərimqulu ilə

Qurbanqulu Berdiməhəmmədov Müstəqillik Günü paradında at belində, Aşqabad, 27 sentyabr 2021-ci il
 
Qurbanqulu uşaqlıqdan idmanla məşğul olub. 15 yaşında sərbəst güləş, bir ildən sonra isə atıcılıq üzrə ölkə çempionu olub. İndi onun bir çox idman titulları var. 2017-ci ildə ölkə Asiya Oyunlarına hazırlaşarkən Aşqabadda ağ daşdan saraylar və göydələnlər tikildi. Berdiməhəmmədov layihələri şəxsən özü yoxlayır, onlara düzəlişlər edir, podratçıları və təchizatçıları danlayır, tikinti sahələrinə baş çəkirdi.
 
Prezidentin əsas hobbisi musiqidirKlavişli və simlı alətlərdə ifa edirmahnı bəstələyirQurbanqulu 2011-ci ildə “Ağ çiçəklərim sənin üçündür” lirik kompozisiyası ilə debüt edibTənqidçilər mahnının müəllifinin başqası olduğunu söylədilərlakin heç kim bu versiyanı təsdiqləməyibO vaxtdan bəri omüntəzəm olaraq müxtəlif üslubda olan əsərlərlə vətəndaşları əyləndirirromantik balladalardan tutmuş repə qədər.
 
Onun “İrəliirəliyalnız irəlidoğma Türkmənistan torpağı” mahnısı Ginnesin Rekordlar Kitabına düşübonu eyni vaxtda dörd mindən çox insan ifa edibBerdiməhəmmədov əcnəbi dillərdə də mahnılar oxuyur2015-ci ildə Yeni il şənliyində Castin Timberleykin "Can't stop the feeling" mahnısı ilə çıxış edib. Arada dövlət başçısı hətta gitarasını kənara qoyub DJ pultunun arxasına keçib.
 
Siyasətçi hər şeydə birinci olmağa çalışır. Dövlət telekanalları Berdiməhəmmədovun guya öz layihəsinə uyğun yarış avtomobilinə dizayn verdiyini və sonradan onu necə yığdığını göstəribBundan əlavə, prezident bir dəfə ralli avtomobilləri ilə yarışda peşəkarı ötüb və Avtoidman Mərkəzini ziyarət etdikdən sonra onun işlədiyi layihə ilə yolsuz yerlərdə hərəkət edə biləcək avtomobil hazırlandı. Maşının testi, əlbəttə ki, liderin özü tərəfindən aparıldı.
 
Bunlardan əlavə, prezident kitablar yazır: “Türkmənistan sağlam və yüksək mənəviyyatlı insanlar ölkəsidir”, “Axaltəkə bizim qürur və şərəfimizdir”. Dövlətin rəhbərin əsərlərini müxtəlif xarici dillərə tərcümə edən xüsusi mütəxəssislər heyəti var. Prezident yazılarında musiqinin və təbiətin gözəlliyindən, idmanın və təhsilin əhəmiyyətindən, atçılıqdan, Alabaylardan - Vladimir Putinə verdiyi itlərdən danışır. Bundan əlavə, o, doqquz cilddə “Türkmənistanın müalicəvi otları” ensiklopediyasını nəşr etdirib. Bu kitalardan ölkənin müxtəlif tibb müəssisələrində istifadə edilməsi tövsiyə olunub. Prezidentin kitabları canlı efirdə oxunur, məktəblərdə əzbərlənir və müəllifin şəxsən özündən bir nüsxə alan şanslı insanlar qurşağa qədər baş əyib onun əlini öpməyə borcludular.
 
Vətənin sadiq oğlu
 
Qurbanqulu Aşqabaddan 50 kilometr aralıda yerləşən kiçik Babarap kəndində müəllim ailəsində anadan olub. Dövlət başçısının rəsmi tərcümeyi-halında onun qohumları xüsusi əhəmiyyət kəsb edir. Yerli məktəblilər uşaqlıqdan prezidentin babasının və atasının kim olduğunu bilirlər: küçələr, meydanlar, hərbi hissələr onların adını daşıyır. Berdiməhəmmədovlar ailəsinin altı övladı var: beş qız və bir oğlan.
 
Məktəbi bitirdikdən sonra gələcək lider diş həkimi olmağa qərar verib. Tibb İnstitutunu bitirdikdən sonra şəhər və kənd poliklinikalarında işləyib. Bir müddət Moskvada təhsil alıb, elmlər namizədi olub, bir müddət sonra universitetin stomatologiya fakültəsinə rəhbərlik edib. Tibb elmləri doktoru adı ona prezident olduqdan sonra verilib.

Turizm zonasındakı "Avaza" otelinin foyesi, 2011

Aşqabadda yeni yaşayış binasının təhvil verilməsi mərasimi, 2017

Aşqabadda yeni hava limanının rəsmi açılışı, 2016
 
Türkmənistanın keçmiş lideri Saparmurad Niyazov Berdiməhəmmədova üstünlük verib: o, onu səhiyyə naziri təyin edib və aparatda “təmizləmə” işləri apararkən ona toxunmayıb. Ölkədə bununla bağlı çoxlu söz-söhbətlər gəzirdi: bəziləri Qurbanqulunun prezidentin şəxsi stomatoloqu olduğunu və bununla da keçmiş rəhbərin rəğbətini qazandığını bildirir, bəziləri isə siyasətçilərin oxşarlığı qeyd edərək onu dövlət başçısının qeyri-qanuni oğlu adlandırır. Lakin buna baxmayaraq, bir dəfə o, həkimlərin maaşını gecikdirdiyinə görə Niyazovun qəzəbinə tuş gəlir. Ona töhmət verilir və üç ay müddətinə gəlirdən məhrum edilir.
 
Saparmurad Niyazovun əliylə hakimiyyətə gələn Berdiməhəmmədov ilk növbədə sələfinin şəxsiyyətə pərəstişkarlığını ifşa etdi: keçmiş rəhbərin fotoşəkilləri və büstləri Berdiməhəmmədovun təsvirləri ilə əvəz olundu. Bu, hətta absurd həddə çatırdı: məsələn, 2013-cü ildən ölkədə bütün yeni evlənənlər qeydiyyat şöbəsində prezidentin portreti fonunda şəkil çəkdirməyə məcburdular.
 
“İqtisadi böhranın məngənəsinə düşmüş diktatura”
 
Prezident çoxlu sayda qohumlarının nə ilə məşğul olduqlarını səylə gizlətməyə çalışır. Lakin buna baxmayaraq, Amerikanın ölkədəki səfirliyi ilə Dövlət Departamentinin əməkdaşları arasında Wikileaks tərəfindən dərc edilən rəsmi yazışmalar sayəsində bəzi məlumatlar şəbəkəyə sızıb. Onlar bildiriblər ki, dövlət başçısının Sərdar adlı bir oğlu, Gülcahon və Gülşən adlı iki qızı var. Böyük qızı əri, Türkmənistanın Karbohidrogen Ehtiyatlarının İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin Böyük Britaniyada nümayəndəsi İlasgəldi Amanovla birlikdə Londonda yaşayır. Kiçik qızı Parisdədir. O, Türkmənistanın Fransadakı səfirliyinin əməkdaşı ilə evlidir və cütlüyün Lacivərd sahilin (Kot d'Azurda) villası var.
 
ABŞ diplomatları Berdiməhəmdovun Marina adlı qeyri-rəsmi rus arvadı olduğunu da açıqlayıb. O, gələcək prezidentlə eyni stomatoloji klinikada tibb bacısı işləyib. Şayiələrə görə, cütlüyün bir qız övladı var. 2010-cu ildə bu məlumat şəbəkədə yayılanda ​Marina və qızı Londonda yaşayırdı.
 
Oğlu Sərdar haqqında daha çox şey məlumdur. Qırx yaşına qədər o, başgicəlləndirici karyera qurub. İxtisasca mühəndis olan Sərdar elmlər doktoru, polkovnik-leytenant, ölkənin əməkdar məşqçisi, parlamentin deputatı və xarici işlər nazirinin müavini olmağı bacarıb. Bu ilin iyulunda o, baş nazirin maliyyə və iqtisadiyyat məsələləri üzrə müavini təyin edilib. Sərdar atasının əsas varisi hesab olunur. Əslində o, Nazirlər Kabinetinin rəhbəri kimi fəaliyyət göstərir. Zaman-zaman hava limanında yüksək rütbəli xarici məmurları qarşılamaq ona etibar olunur.

Türkmənistan baş nazirinin müavini Sərdar Berdiməhəmmədov

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ailəsi ilə seçki məntəqəsində səsvermə zamanı, 2017-ci il
 
Prezidentin bacıları da kifayət qədər yüksək vəzifələr tuturlar. Məsələn, onlardan biri - Gülnabat Qızıl Aypara milli təşkilatının rəhbəridir. Eyni zamanda böyük qızı Gülcahonun oğlu olan nəvəsi Kərimqulunun da prezidentin qəlbində xüsusi yeri var. Onlar tez-tez birlikdə rep oxuyur və xizəkdə sürüşürlər.
 
Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırılma Mərkəzi prezidentin qardaşı oğlu Hacımurad Rəcəbovun təmtəraqlı yaşadığını üzə çıxarıb. Jurnalistlərin və qurumun əməkdaşlarının diqqətini dövlət başçısının qohumunun bu sahədə təcrübəsi olmamasına baxmayaraq, ərzaq idxalı üçün milyonlarla dollarlıq müqavilələr alması çəkib.
 
Sosial şəbəkələrdə Rəcəbovun dəbdəbəyə olan ehtirası və xaricə bahalı səfərləri haqqında vaxtaşırı məlumatlar verilir. Bağlanan sövdələşmələrdən birindən sonra interyer dizayneri, ehtimal ki, Rəcəbova məxsus olan üçmərtəbəli malikanənin videoçarxını yerləşdirmişdi. Daha sonra videoçarx silindi.
 
Prezident özü də incə zövqü ilə məşhurdur. Məsələn, 2013-cü ildə Cennifer Lopesi ad gününə dəvət etmişdi. Bundan əlavə, o, yerli sakinlərə bədbəxtlik gətirdiyini iddia edərək ölkəyə qara rəngli avtomobillərin gətirilməsinə qadağa qoyub. Özü üçün isə xüsusi sifarişlə hazırlanmış ağ Mercedez G-class seçib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov müstəqilliyin 30-cu ildönümünə həsr olunmuş paradda tamaşaçıları salamlayır, Aşqabad, 2021-ci il

Qurbanqulu Berdiməhəmmədov Aşqabadda Türkmən atlarının illik festivalı çərçivəsində Axalkə atlarının gözəllik müsabiqəsinin açılış mərasimini tərk edir, 29 aprel 2017-ci il
 
Rəsmi rəqəmlərə görə, Türkmənistan bol məhsullu, mərmər arxitekturalı və hökuməti xoşniyyətli ölkədir. Əslində isə o, getdikcə daha çox iqtisadi böhranın məngənəsinə düşmüş diktaturanı xatırladır”, -  deyə “The Times” yazır.
 
Türkmənistanda çətin iqtisadi vəziyyət yaranıb, üstəlik, ölkə Mərkəzi Asiyanın ən korrupsiyalaşmış dövləti, dünyanın isə ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur180 ölkə arasında 165-ci yerdədir. Tənqidçiləri haqlı olaraq təəccübləndirən odur ki, belə dolğun həyat tərzi ilə Berdiməhəmmədov əsas borcunu yerinə yetirməyə - xalqa xidmət etməyə necə vaxt tapır...
 
Tərcümə Miraslan

Tarix: 13-12-2021, 10:42
Xəbəri paylaş





Xəbər lenti