Rusiyanın anbarında olan uzaqmənzilli raketlərin sayı…


Hazırda Rusiyada təxminən 870 yüksək dəqiqlikli əməliyyat-strateji və strateji səviyyəli raket var ki, bu da obyektləri ən azı 350 kilometr məsafədən vura bilər.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Vadim Skibitskinin sözlərinə görə, söhbət təxminən 165 “Kalibr”, 160 “X-101”, “X-555” və “X-55” döyüş başlıqları, 290-a yaxın “İsgəndər-M” və “İsgəndər-K” bölməsindən gedir:

“Təxminən 80 “Xəncər”, o cümlədən 150 “X-22”, “X-32” raketi var. Keçən il də rəqəmlər təxminən eyni idi. Bu, Rusiyanın raket istehsalını qura bildiyini və onu raket ehtiyatı toplamaq üçün lazımi səviyyədə saxladığını göstərir”.
Tarix: 7-11-2023, 14:46
Xəbəri paylaş





Xəbər lenti