Övlada ad qoymaq hüququ kimə məxsusdur?.. Baba və nənənin ixtiyarı varmı ki..?

Övlada ad qoymaq hüququ kimə məxsusdur?.. Baba və nənənin ixtiyarı varmı ki..?
"Uşağın ata-anası yaxşı olar ki, baba-nənənin könlünü qırmadan, onlarla kompromisə gedərək ad seçimi etsin..."
 
İslam dinində insana münasib və yaraşan ad qoyulması mühüm məsələlərdən biri sayılır. Çünki ad bütün ömrü boyunca insanı müşayiət edir. Əgər uşağa yaraşmayan, istehzaya səbəb olan ad qoyulsa, o böyüdükdən sonra bunun üzündən kompleks yaşayacaq və özünü narahat hiss edəcək. Buna görə də ad seçimi zamanı diqqətli və məsuliyyətli olmaq lazımdır. Uşağa ad seçmək hüququ ataya məxsusdur. Yaxşı olar ki, o, ad seçimi zamanı uşağın anasının fikrini də nəzərə alsın və onunla müştərək razı olduqları adı seçsin. Lakin milli ənənədən doğan bəzi hallarda baba və nənə öz nəvəsinə ad qoymaq ixtiyarının ona məxsus olduğunu düşünür və yaşca böyüklük hüququna arxalanaraq bu hüququ özünə aid edir. Uşağın ata-anası yaxşı olar ki, baba-nənənin könlünü qırmadan, onlarla kompromisə gedərək ad seçimi etsin. Əgər böyüklərin təklif etdikləri ad dini və əxlaqi cəhətdən problemli deyilsə, onların könlünü qırmamaq xatirinə razılaşmaq daha yaxşıdır. Övladlardan birinə onların istədiyi adı qoymaq, növbəti uşaqların adını qoyarkən sərbəst davranmaq da mümkündür...
 
Mənbə: İslam.az
Tarix: 25-11-2023, 08:23
Xəbəri paylaş





Xəbər lenti