Dünyanın ən riskli bölgəsi: Şimali Koreya ilə sərhəddən GÖRÜNTÜLƏR - VİDEO

 
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci ildən başlayan və müharibənin bitməsi hələ də rəsmən elan olunmayan iki ölkənin sərhədinə gedib.
“ORALAR” səyahət verilişi Şimali Koreya ilə Cənubi Koreya arasında sərhəddə yerləşən mərmilərlə dolu neytral zonada çəkiliş edib.
Bildirilib ki, bu ərazi Cənubi Koreyanın turist axını olduğu məşhur yerlərindən biridir və dövlət bu sərhəddən pul qazanır. Şimali Koreyanın qorxulu imici olduğu üçün həmin ölkə ilə sərhədə gəlmək turistlərin marağındadır. Koreya müharibəsindən izlərini üzərində saxlayan zirehli parovoz da sərhəddə nümayiş etdirilir.
Verilişdə Cənubi Koreya ilə Şimali Koreya arasındakı fərqlərə də toxunulub.
O da bildirilib ki, Cənubi Koreyada saqqallı və bığlı koreyalı görmək mümkün deyil. Onlar dərilərinə həssas yanaşırlar və xüsusi qulluq edirlər.
Cənubi Koreyanın paytaxtında yol hərəkətinin təşkili və sürücülük mədəniyyəti yüksək səviyyədədir. Tunellər və körpülər ödənişlidir. Koreya istehsalı olan yeni avtomobillər taksi xidmətlərində istifadə edilir. Bununla da vətəndaşların avtomobillə tanışlığına şərait yaranır və yeni avtomobilin satışı artır.
Cənubi koreyalıların ümumi fobiyası var. Onlar “4” rəqəmini uğursuz rəqəm hesab edirlər və gündəlik həyatlarında “4” rəqəmindən istifadə etməyə üstünlük vermirlər. Həmin rəqəmin əvəzinə “F” hərfindən istifadə edirlər.
Həmin süjeti təqdim edirik:
Tarix: 27-11-2023, 23:03
Xəbəri paylaş





Xəbər lenti