BU MEDİA... NO MEDİA... HO MEDİA... - Aydın Can yazır...
Azərbaycan mətbuatını rəhbərliyi ilə birlikdə təbrik edirəm "BU ... " mərhələsinə çatdığı üçün!Hansı saytı açırsan, hansı xəbərə baxırsan (əlbəttə ki, önərilmiş, reklama qoyulmuş), başlıqlar düz adamın başının şeyinə - sinirinə toxunur!
"BU rayonda polis rəisi dəyişildi"
"BU pensiyaçıların təqaüdü artırıldı"
"BU rayonlarda qaz kəsiləcək"
"BU müğənnini s...evən adamın adı məlum oldu"
"BU məmurun s...evdiyi filankəs imiş"
"BU küçədə qəza olub"
Etiraf edirəm: "BU" başlıqlı yazılardan və təqdimatlardan niyə xoşum gəlmir, hələ demirəm peşə, sənətkarlıq, üslub ölçüləri bir yana qalsın - "BU"... Talış dilində (murdar, xoşagəlməz) İY deməkdir!
DEMƏYİM O Kİ... İYLƏNDİRİBLƏR, İYRƏNDİRİBLƏR artıq.
Bacardılar...
İYlənəsiniz elə...
Sizə imkan yaradan, sponsorluq edənlər də sizin kimi iylənsinlər elə!
Bu nə jurnalistikadı, bir yana, bu nə başlıqdır, axı? Bir saytın bir xəbər sütununda başdan-ayağa başlıqlar "BU" ilə sıralanıb!
Jurnalistika heç, adi orta məktəb inşasında ən azı 100 sözü keçmədən "və", "ki" bağlayıcısı işlədəndə adama "2" yazırdılar e!
-da; -də problemi bitməmiş "bu" dərdinə salıblar!
HALBUKİ...
LƏNƏT ŞEYTANA!
Müəllif: Aydın Can
Siam.az
Tarix: 29-11-2023, 08:11