“Yeddi gənc yatıb, 200 il sonra oyandı" - Türkiyədə məhşur mağara əfsanəsi

“Yeddi gənc yatıb, 200 il sonra oyandı" - Türkiyədə məhşur mağara əfsanəsi

Aparılan bərpa, konservasiya və abadlıq işləri ilə əlaqədar bir müddətdir ki, ziyarətçilər mağaraya buraxılmır. Ziyarətçilər mağaranı 8-10 metr məsafədən görə bilirlər.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlcuq Efes Muzeyinin direktoru Cengiz Topal dünyada 40-dan çox yerin İslam və Xristianlıqda “Yeddi yatan” (Yeddi uyuyan) inancına aid edildiyini və bunlardan üçünün Türkiyədə olduğunu bildirib.
Hadisənin baş verdiyi yer olaraq xristianlar tərəfindən ən çox Səlcuqdakı mağaranın qəbul edildiyini bildirən Topal deyib: “Roma imperatorlarından biri olan Decius təxminən 250-ci ildə xristianlığı qadağan etdi və Efesdə məbəd tikdirib. Bu məbədlə insanları ibadət etməyə, qurban kəsməyə məcbur edib. 7 gənc isə bunu qəbul etmir. Bunu eşidən Decius gəncləri çağırır və onlara bu yanaşmanı qəbul etmək üçün vaxt verir. Gənclər də Efesi tərk edərək bu əraziyə gəlirlər. Onların bu mağaraya sığındıqlarını eşidən imperator mağaranın ağzını bağlatdırır.
Mağaranın ağzı bağlananda gənclər burada namaz qılmaqla, söhbət etməklə uzun yuxuya gedirlər.
Yuxudan ayılanda sanki bir gün keçib, birini Efesə çörək və ləvazimat almağa göndərirlər.
Gənc Efesə girib qapıda xaç görəndə başa düşür ki, xristianlıqla əlaqəsi var, amma dəqiq bilmir. Ərzaq almaq üçün verdiyi pulun təxminən 200 il əvvələ aid olduğu məlum olanda məsələ o dövrün idarəçilərinə keçib. O dövrün hökmdarı II Feodosius idi. Belə görünür ki, gənclər 200 il yatıblar. Sonra bu gənclərin məzarları üzərində kilsə tikdirir. Əslində bu sahənin hekayəsidir”.
Topal bölgənin hazırda ziyarət üçün uyğun olmadığını, məzar və tikililəri qorumaq üçün qapalı ərazilərə ziyarətçilərin qəbul edilmədiyini bildirib: “Hazırda biz içəri daxil olan ziyarətçilərə qəbirlərin üstündən dolaşmalarına icazə vermirik. Ərazi qorunma baxımından çox uyğun deyil. Tez köhnəlir və yıxılır. Onu ziyarətlərə hazır etdikdən sonra, həyata keçiril layihə başa çatdıqdan və abadlıq işləri bitdikdən sonra ziyarətçilərimizi içəri buraxa bilərik”, - deyib.
Bölgənin tənzimlənməsə də bir cazibə mərkəzi olduğunu izah edən Topal: “Bu il Efesi ziyarət edənlərin sayı 2 milyona yaxınlaşır. Yəqin ki, ilin sonuna kimi 2 milyona çatdıracağıq. Bunun 20 faizi bura gəlsəydi, 400 min adam olardı. Rayon ciddi cazibə mərkəzi potensialına malikdir. Yəni Efesin düz yanında yerləşməsi, mağaraya baxmağa gələnlərin sayının çox olması, eyni zamanda, həm İslamda, həm xristianlıqda, həm də başqa inanclara görə ərazi müqəddəs yer kimi çox yüksək ziyarətçi potensialına malikdir. ."
"Zevs mağarası"
Kuşadası rayonundakı Dilek Yarımadası Böyük Menderes Deltası Milli Parkının düz girişində yerləşən 60 metr uzunluğunda, 20 metr enində olan "Zevs mağarası"na təqribən 1 kilometrlik gəzintidən sonra çatmaq olar.
Mağaranın içindəki qayalardan su sızması nəticəsində əmələ gələn gölməçə yayda soyuq, qışda isə isti su temperaturuna malikdir. Daşların mineral quruluşuna və su sirkulyasiyasına görə həmişə təmiz olan su, firuzəyi rəngi ilə görənləri valeh edir.
Mağaraya gələnlər xüsusi qurulmuş platformadan mağaranı seyr edə və fotoşəkil çəkə bilərlər. Böyük Menderes Deltası Milli Parkı direktoru Özcan Mersin milli parkı ziyarət edənlərin əksəriyyətinin mağaranı da ziyarət etdiyini bildirib.
Özcan Mersin mağara ilə bağlı çoxlu rəvayətlərin danışıldığını deyib: “Mifologiyada səmaların şahı Zevs dənizlərin şahı Poseydondan qorxaraq burada gizlənirdi. Bu səbəbdən bura "Zevs mağarası" deyilir. İsanın anası Məryəm Efesə gedərkən Samos adasından keçərək burada dincəlib”, - deyə o qed edib.
Mersində mağarada suya girməyin qadağan edildiyi ifadə edilib: "Hər il suda boğulma və ölüm halları ilə rastlaşırıq. Ziyarətçilərimizin bu məsələdə həssas olmasını gözləyirik", - deyə parkı direktoru bildirib.
Tarix: 30-11-2023, 22:14
Xəbəri paylaş





Xəbər lenti