Dünyanın ən bahalı və ən ucuz şəhərlərinin adları açıqlanıb.Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki,
Sürix (İsveçrə) və
Sinqapur 2023-cü ildə dünyanın ən bahalı şəhərləri siyahısında ilk sırada yer alıb.
"Worldwide Cost of Living Index"inə görə, ötən ilki lider
Nyu-York (ABŞ) İsveçrənin digər şəhəri
Cenevrə ilə bölüşdüyü üçüncü yerə enib.
Qeyd edək ki, ötən il
Sürix altıncı,
Sinqapur isə ikinci olub.
Cenevrə bir il əvvəl reytinqdə yeddinci yeri tutub.
Mütəxəssislər İsveçrə şəhərlərinin reytinqindəki bu nəzərəçarpacaq sıçrayışı İsveçrə frankının möhkəmlənməsi, həmçinin ərzaq, məişət malları və istirahət üçün qiymətlərin yüksək olması ilə izah edirlər. Sinqapurda isə nəqliyyatın və geyimin baha olduğu qeyd edilib.
Məlumata görə,
Dəməşq (Suriya) 173-cü yerdə olmaqla dünyanın ən ucuz şəhəri olaraq qalır.
Tehran (İran) və
Tripoli (Liviya) da müvafiq olaraq 172-ci və 171-ci yerləri tutaraq reytinqin sonunda qərarlaşıb.