“Forbes” jurnalı dünyanın ən güclü 100 qadınının siyahsını təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalın saytında məlumat dərc edilib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen siyahıda birinci yerdə qərarlaşıb.
İkinci yeri Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard, üçüncü yeri isə ABŞ vitse-prezidenti Kamala Harris tutub.
Qeyd edək ki, siyahıda Teylor Svift və Beyons kimi məşhur müğənnilər də var.