ABŞ-də yerləşən və beynəlxalq hərbi güc məlumatlarını paylaşan "Global Firepower" adlı internet saytı 2023-cü ilin ən güclü ordularının siyahısını paylaşıb.“Global Firepower”ın ölkə ordularının texnoloji inkişafı, insan gücü, uzun müddət meydanda qalması və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınaraq hazırladığı siyahı maraqla qarşılanıb.
NATO-nun 2-ci böyük ordusuna sahib olan Türkiyə siyahıda bir çox mühüm ölkəni geridə qoyaraq 11-ci sırada yer alıb.
İlk 5-likdə isə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya qərarlaşıb.//Publika.az