Avropanın ən bədbəxt ölkəsi ODUR - SİYAHI
Bolqarıstan növbəti dəfə Avropa İttifaqının ən bədbəxt ölkəsi kimi tanınıb.AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) məlumatlarında qeyd edilib.
Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az - 5,7 kimi qiymətləndirən yeganə bolqarlar olub. Mütəxəssislər müəyyən ediblər ki, almanlar hazırkı yaşayış səviyyəsindən o qədər də razı deyillər - orta hesabla 6,5 bal. Reytinqdə birinci yeri Avstriya tutub - bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb - 7,7 xal.
Analoji tədqiqatın nəticələri yazda BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında təqdim edilib. O zaman Finlandiya əhəmiyyətli fərqlə birinci yeri tutmuşdu.
Tarix: 11-12-2023, 22:49