Üçüncü Dünya Müharibəsi başlasa, hansı bölgələr daha təhlükəsiz olacaq? – SİYAHI (FOTOLAR)
2023-cü ildə qlobal qarşıdurmaların artması ilə birlikdə Üçüncü Dünya Müharibəsinin nə vaxt başlayacağı ilə bağlı ssenarilər müzakirə olunmağa davam edir. Dünya müharibəsi riski ilə bağlı narahatlıqlar daha da artarsa, bu zaman hansı bölgələrin təhlükəsiz olacağı da böyük maraq doğurur.“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “Daily Mail” nəşri həmin ərazilərin siyahısını açıqlayıb:
Antraktida
Bu təhlükəsiz bölgə böyük bir qitədən ibarətdir. Çox güman ki, bura dünyanın ən cənub nöqtəsi olduğu üçün mümkün Üçüncü Dünya Müharibəsi zamanı müharibənin sıçrayacağı bölgə olmayacaq.
Argentina
Keçmişdə Argentina Folklend adalarının suverenliyi ilə bağlı Böyük Britaniya ilə qarşıdurma yaşasa da, bu siyahıda yer alıb. Çünki Argentina buğda kimi davamlı bitkilərin bolluğuna görə, daha təhlükəsiz bölgə hesab olunur. Böyük ehtimalla Cənubi Amerika ölkəsi nüvə müharibəsindən sonra aclıqdan tez bir zamanda xilas olan yeganə yerlərlərdən biri olacaq
Butan Krallığı
Qlobal Sülh İndeksində tez-tez yüksək yerləri tutan Butan Krallığının dağlıq ərazisinin Üçüncü Dünya Müharibəsi zamanı təhlükəsiz olacağı təxmin edilir.
Çili
Siyahıdakı başqa bir ölkə, dünyanın ən uzun sahil xəttinə malik Çilidir.
Fici
Sakit Okeanın cənub-qərbində yerləşən ada ölkəsi Ficinin ordusu cəmi 6 min nəfərdən ibarətdir. Fici də Qlobal Sülh İndeksində yüksək yer tutur.
Ərazisinin böyük hissəsi meşələrdən ibarət olsa da, zəngin mineral və balıq ehtiyatlarına sahibdir.
Qrenladniya
Qrenlandiya siyasi cəhətdən neytral bölgədir. Bu da onu fövqəladə vəziyyətlərdə ideal bir sığınacaq halına gətirir.
İslandiya
İslandiya Qlobal Sülh İndeksində ardıcıl olaraq yüksək yer tutaraq dünyanın ən sülhsevər ölkələrindən biri kimi tanınır.
İndoneziya
Siyahıda yer alan digər ölkələr kimi İndoneziya da bütün dünyada siyasi məsələlərdə neytral mövqeyi ilə diqqət çəkir.
Yeni Zellandiya
Qlobal Sülh İndeksində ikinci yerdə olan Yeni Zellandiya, dağlıq ərazisilərinin çox olmasına görə, təhlükəsiz bölgə hesab olunur.
İsveçrə
Dünyanın bütün ölkələri ilə müqayisdəd İsveçrə siyasi neytrallığı ilə diqqət çəkən əsas ölkədir.
Tarix: 23-01-2024, 08:59