Laçında – Qaragöl yaxınlığında Günəşlə Ay “birləşdi”...-FOTO+ VİDEO

Laçında – Qaragöl yaxınlığında Günəşlə Ay “birləşdi”...-FOTO+ VİDEO
Yaxınlığında məşhur Qaragölün yerləşdiyi Laçın rayonu ərazisindəki uca dağ zirvələrindən biri olan İşıqlı(2520 m) dağının üzərində Günəşlə Ayın “birləşmə”sinin qeyri-adi, ecazkar görüntüləri yayılıb.
 

Moderator.az xəbər verir ki, bu haqda sözügedən zirvəni Ermənstan ərazisi kimi təqdim edəm erməni saytları məlumat yayıb. 

“Yanvarın 25-də saat 18:27-də Sünik(Zəngəzurun bir hissəsi- S.L.) mərzində İşxanasar(Böyük İşıqlı-S.L.) dağının zirvəsində insanlar maraqlı hadisəni qeydə alıblar. Ermənistan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktor müavini Qaqik Surenyan “Facebook” səhifəsində belə bir paylaşım edib və video yayımlayıb” – Ermənistan mediası belə yazır.
Video-görüntü çox güman ki, İşıqlı dağın əks üzündə - Ermənistan ərazisindəki “Sisyan” adlandırılmış Qarakilsə şəhərindən çəkilib...
 
Zəruri arayış:
 
Ermənilərin “İşxanasar” adlandırdıqları İşıqlı — Laçın rayonu ərazisində dağ. Qarabağ silsiləsinin ən hündürlüyüdur zirvələrindən biridir. Ermənistanla sərhəddə yerləşir. Hündürlüyü 2520 m. Tədqiqatçılara görə, dağın başının qarlı olması və qarın gün işığında parıldaması bu adın yaranmasına səbəb olmuşdur. Oronimi Şıxlı nəslinin adı ilə də bağlayırlar...

 
Sultan Laçın
Tarix: 5-02-2024, 09:57
Xəbəri paylaş





Xəbər lenti