Marsda həyatın olmasına dair YENİ SÜBUTLAR
Marsda həyatın olmasına dair yeni sübutlar ortaya çıxıb.
Bu barədə “Space.com” məlumat yayıb.
Bildirilir ki, Çin və Amerika planetoloqlarından ibarət qrup Eridaniya bölgəsində tədqiqat aparıblar.
Araşdırmalardan sonra məlum olub ki, Marsda aktiv vulkan və dərinliyi iki kilometrə çata bilən göl mövcuddur.
Mövcud mənzərə onu göstərir ki, qədim zamanlarda, bəlkə də təxminən 3,5-4 milyard il əvvəl Marsda planetin daxili və səthi arasında süxurların aktiv “dövrü” prosesi baş verib. Alimlər bu prosesin izlərini Eridaniyada aşkar ediblər.
Planetoloq Aster Kovart bildirib ki, bu bölgənin böyük hövzələrində bir vaxtlar Eridania kimi tanınan göllər olub. Bu göllər demək olar ki, iki kilometr dərinlikdə olub:
"Uzun illərdir aktiv olan vulkanik bulaqlar, hidrotermal sistemlər mövcud olub. Bu da öz növbəsində həyatın olduğunu göstərir. Ən azı, tapıntılar bizi Marsda həyatın yeni dəlillərini axtara biləcəyimizə işarə verir”.//Baku.ws
Tarix: 14-02-2024, 07:49