Rusiyanın ən varlı iş adamlarının sərvəti bu ilin əvvəlindən 15,818 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg”in Milyarderlər İndeksində deyilir.
Məlumatına görə, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar qazanıb, onun sərvəti 24,3 milyard dollar təşkil edib.
“Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti 4,86 milyard dollar artaraq 25,8 milyard dollara çatıb.
Eyni zamanda, NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisin 3,62 milyard dollar qazanaraq sərvətini 27,6 milyard dollara çatdırıb.
Qeyd edilir ki, ən böyük itkilərə Rusiyanın nəhəng dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov yol verib. Onun sərvəti 2,24 milyard dollar azalaraq 18,8 milyard dollara düşüb.