Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər
Ekzoplanetin bir tərəfi daim günəşə baxır, digər tərəfində isə əbədi gecə hökm sürür. Ekzoplanetin günəş tərəfi 1260 °C-ə qədər qızır.
Gecə olan hissədə küləyin sürəti saatda 9000 kilometrə çatır ki, bu da atmosferdəki səs sürətindən yeddi dəfə çoxdur.
Planetdəki iqlim şəraitini qiymətləndirmək üçün tədqiqatçılar “James Webb Kosmik Teleskopunda” (JWST) orta infraqırmızı alətdən istifadə ediblər.
JWST ölçmələri həmçinin WASP-43b-nin kimyəvi tərkibində su buxarı aşkar edib./APA
Tarix: 4-05-2024, 08:28