“Paşinyan təhlükəli oynayır, müharibə ehtimalı hər gün artır” - Oskanyan


“Ermənilərin əlində yalnız bir rıçaq var, o da sülh müqaviləsini imzalamaq və ya imzalamamaqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
“Əlbəttə, bu təsir rıçaqları bu gün xeyli zəifləyib, çünki Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın bir hissəsi olduğunu əvvəlcədən bəyan edib”, - sabiq nazir bildirib.
Oskanyanın fikrincə, bu rıçaqdan istifadə etmək lazımdır ki, yeni müharibə olmasın:
“Bu gün həmin rıçaq (Ermənistan rəhbərliyi tərəfindən) çox təhlükəli şəkildə istifadə olunur və müharibə ehtimalı günbəgün artır”.
Sabiq nazir hesab edir ki, Azərbaycanla sülh sazişini imzalamaq Baş nazir Nikol Paşinyan üçün asan olmayacaq:
“Gecikdirilə bilər və təhlükə də buradadır. Paşinyanın bu gün istifadə etdiyi lüğət, üslub və ritorika, eyni zamanda danışıqlar davam edir, sənəd isə imzalanmır, müharibə təhlükəsi günbəgün artır, düşməni (Azərbaycanı deyir – red.) çox gözlətsən və ona verdiyin vədi yerinə yetirməsən, nəhayət, hərəkətə keçəcək. Vasitəçilər burada heç nə edə bilməzlər”.
Tarix: 10-08-2023, 10:05
Xəbəri paylaş





Xəbər lenti