Sensasion təklif: “Sülh əldə etmək üçün müharibəyə başlamaq lazımdır”


“Ermənistan hazırda açıq şəkildə vaxt uzadır. Rəsmi İrəvan düşünür ki, bununla silahlanacaq, Qarabağ erməniləri Rusiyanın, özü isə İran, Fransa və digər dövlətlərin himayəsi ilə güclənəcək. Təbii ki, bütün bunların sonunda əllərinə məqam düşdükdə, yəni Azərbaycanla Türkiyə zəiflədikdə Qarabağ uğrunda yenidən mübarizəyə başlayacaqlar”.
Bu sözləri Globalinfo.az-a politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, rəsmi Bakı faktiki olaraq keçmiş status-kvonu ləğv edib yenisini yaratdı:
“Lakin proseslərin durması, irəliləyişin olmaması bizim maraqlarımıza uyğun deyil. Belə ki, torpaqlara hələ tam nəzarət edə bilmirik. Ərazimizdə hələ də qanunsuz erməni silahlı birləşmələri qalır. Onlar ipə-sapa yatmır. Buna görə də daha effektiv vasitələrə əl atmalıyıq.
Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başlamalı, bunu məhz özünün beynəlxalq hüquq ilə tanınan ərazilərində etməlidir. Məsələ ondadır ki, Ermənistan sülh müqaviləsi imzalamaq üçün prosesi uzadır. Diqqət etsəniz Zəngəzur dəhlizinə dair ümumiyyətlə heç nə demirlər. Son zamanlar təşkil etdikləri humanitar aksiya ilə də prosesi tamam fərqli məcraya yönəldirlər. Belə olan təqdirdə Ermənistanı sülhə məcbur etmək lazımdır.
Azərbaycan indiki məqamda Qarabağda ya da Zəngəzur cəbhəsində hərbi əməliyyatlara başlamalıdır. Biz əməliyyatları Ermənistan ərazisində keçirməli və bundan qorxmamalıyıq. Məsələ ondadır ki, Ermənistan və erməni xalqı qaçqınlığın nə olduğunu anlamadıqca sülh müqaviləsi imzalamayacaq. Sülhün nə qədər vacib və önəmli olduğunu anlatmaq üçün hərbi əməliyyatların başlanması şərtdir”
Tarix: 11-08-2023, 23:57
Xəbəri paylaş





Xəbər lenti