"Xankəndidə yaşayan azsaylı ermənilər reinteqrasiya prosesinə cəlb edilməlidir" - ÇAĞIRIŞ
Ötən gün BMT-də keçirilən və BMT Təhlükəsizlik təşkilatının verdiyi qərar tam haqlı ədalətli qərar idi. Yəni Azərbaycana qarşı hər hansı bir qərar qəbul edilmədi. Azərbaycanın əleyhinə olan hər hansı bir ciddi bir sənəd ortaya qoyulmadı. Siam.az bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb. O, qeyd edib ki, iclasda Albaniya, Türkiyə, Braziliya nümayəndəsinin söylədiyi fikirlər, ümumiyyətlə Azərbaycanın haqq səsinə dəstək verən istənilən dövlətin fikirləri təqdirəlayiqdir, alqışlanandır. “Bu əslində həm Azərbaycan dövlətinin diplomatiyasının qələbəsi, həm də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi düşüncəsinin qələbəsidir. Eyni zamanda Azərbaycan diplomatlarının qələbəsidir. Bu, xüsusən önəmlidir. Eyni zamanda bu, hələ də onu göstərir ki, deməli, BMT-də az da olsa ədalət hiss qalmaqdadır, özünü göstərir və ortaya çıxır”-deyən politoloq bildirib ki, o bundan sonra da Azərbaycana qarşı hər hansı bir qətnamənin qəbul ediləcəyinə inanmır.
Politoloq bildirib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Bütün dünya ictimaiyyəti də, yaxşı başa düşür ki, bu ərazilər Azərbaycana məxsusdur və orda hər hansı bir humanitar böhran yaradılmayıb.
“Əksinə, yollar açıqdır. Təklif etmişik ki, Xankəndi, Ağdam, Bərdə marşurutu üzrə hərəkət edə bilərsiniz. Biz əslində onunla həm də onu göstəririk ki, reinteqrasiya prosesi sürətlənməlidir. Reinteqrasiya prosesi sürətlənməsə nəticə olmayacaq. Erməniləri bu prosesə cəlb etmək istəyirik. Görsünlər ki, həqiqətən Azərbaycan onları öz vətəndaşı kimi qəbul edir və öz vətəndaşı olduğunu da sübut edir”-deyən Samir Hümbətovun fikrincə, BMT-nin qərarı, əslində bir növ ədalət hissinin hələ də nisbətən də olsa qaldığının göstəricisidir. Təbii ki, Azərbaycan da artıq gücünü formalaşdırıb və həmin güclə hesablaşmağın vaxtıdır.