Separatçılar Azərbaycanı tərk etmədə hələ bir az ləngiyiblər - RƏY

 

“Separatçılar Azərbaycanı tərk etmədə hələ bir az ləngiyiblər. Onlar çoxdan başlarına çarə qılmalı idilər. Əslində, separatçılarda da o qədər günah olmadı, çoxu çıxıb getmişdi. Allah onları yenidən qaytarıb Qarabağa yığanlara lənət etsin. Rusiya hərbi kontingenti ərazimizə gələn gündən bu iti-qurdu ordan-burdan tapıb yenidən gətirib torpaqlarımızda yerləşdirdi, onlara şərait yaratdı, arxayın etdi ki, biz bura sizi qorumaqdan, təhlükəsizliyinizi müdafiə etməkdən ötrü gəlmişik, qorxmayın, gəlin. Bu gün isə ağlı başında olan separatçılar artıq fikirləşirlər ki, səhv edib gəliblər”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda milli etnik qruplar çoxdur. Normal adam kimi yaşasanız, qanunlarımızı, vətəndaşlığımızı qəbul etsəniz, dövlətimizə, xalqımıza qarşı cinayət törətməmisinizsə, sizin bütün təhlükəsizliyinizə, hüquqlarınızın təmin olunmasına dövlət kimi zəmanət veririk. Bu gün yollar çəkilir, gedib düz Ermənistan sərhədinə çıxır. O yolun Xankəndindən Ermənistana doğru bir istiqaməti var və açıqdır. Hara istəsəniz, gedə bilərsiniz. Sizi heç kim burada saxlamır, xam xəyallara düşməyin. Biz sizi zorla çıxartmırıq. Təklifimizi demişik. Bizi bəyənmirsənsə, bizimlə birgə yaşamaq istəmirsənsə, yaxşı yol, yol açıqdır. Onsuz da siz tarixən vətənsiz bir toplumsunuz. Harada gününüz xoş keçsə, deyirsiniz ki, “bura bizim vətənimizdir”. Şimali Qafqaz, ABŞ-ın Kaliforniya ştatı, Fransa və s. Onsuz da siz pərpətöyün toxumu kimi az sayınızla bu dünyanı ağzınıza götürmüsünüz”, - deputat bildirib.
 
E.Məmmədov deyib ki, ermənilərin iki çıxış yolu var: “Ya qanunlarımızla vətəndaşımız kimi yaşamalıdırlar, ya da əcnəbi vətəndaş, vətəndaşlığı olmayan şəxs kimi ərazimizi tərk etməlidirlər. Əks təqdirdə, Azərbaycanın bununla bağlı müvafiq qanunu mövcuddur. Əgər hər hansı şəxsin Azərbaycan ərazisində vətəndaşlığı yoxdursa, vətəndaşlığımızı qəbul etmirsə, o, əcnəbi vətəndaş hesab olunur, müvafiq qanun işə düşür və qanunla ərazimizdən çıxarılır. Bu sahədə heç bir beynəlxalq qurum, heç bir dövlət bizə məsləhət vermək, nə də yol göstərmək, təzyiq etmək haqqına, hüququna malik deyil. Əks təqdirdə, həmin sual o dövlətin özünə verilə bilər - Sən ərazində separatçıların, separatçı qurumun olmasına, vətəndaşlığını qəbul etməyən şəxsin yaşamasına razı olarsanmı? Təbii ki, onlar “yox” cavabı verəcəklər. Biz də “yox” deyirik, vəssalam!”
 
Tarix: 21-08-2023, 15:30
Xəbəri paylaş





Xəbər lenti