Tərtər rayonunun bu məntəqəsində erməni itkin düşdü...
Avqustun 19-da Tərtər rayonunun Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində və separatçı-terrorçu hayk rejiminin faktiki işğalı altındakı Ağdərə şəhərinin 35 yaşlı sakini N.M. itkin düşüb.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu nəşrləri məlumat yayıb.
Məlumatda bildirilir ki, N.M. heyvandarlıqla məşğul olub. Həmin gün o, mal-qaranı axtarmaq üçün Ağdərə şəhərinin ətraf ərazilərinə gedib və hələ də onunla əlaqə yaratmaq mümkün olmayıb.
Tarix: 21-08-2023, 23:15