“Ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır”


“Təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”.
Yeniavaz.com
“AzadlıqRadiosu”nun erməni xidmətinə istinadla xəbər verir ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib.
Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib.
O təkliflərin detallarını açıqlamayıb.
Tarix: 24-08-2023, 23:14
Xəbəri paylaş





Xəbər lenti