Makrondan NÖVBƏTİ QARABAĞ SƏRSƏMLƏMƏSİ... - Guya bizə təzyiq edir...

Makrondan NÖVBƏTİ QARABAĞ SƏRSƏMLƏMƏSİ...
Bizim yanaşmamız bəllidir, təəssüflənirik və qınayırıq, amma artıq diplomatiyanın vaxtı deyil.

Siam.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində jurnalistin sualına cavab olaraq deyib.

“Biz həmişə demişik ki, xalqın suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu mövzunun ən kəskin tərəflərinə toxuna bilmirəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pislədi və bəzi humanitar yardımlar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması, xalqların və mədəniyyətlərin qorunması üçün hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”, - o bildirib.

Jurnalistin “Sülh - hətta beynəlxalq ekspertlərin qeyd etdiyi soyqırım prosesinə baxmayaraq?” sualına isə Makron bu cür cavab verib:

“Bu termini tələsik işlətməkdən çəkinərdim. Xüsusilə Laçın dəhlizinin bağlanması nəticəsində qəbuledilməz olan humanitar vəziyyətimiz var. Fransanın rolu humanitar yardım üçün təzyiq göstərməkdir və biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Xüsusilə, ərzaq və dərmanların çatdırılmasını təmin etmək və “Dağlıq Qarabağ”a sərbəst girişi təmin etmək üçün tədbirlər görməkdə davam edirik. Üstəlik, Ermənistanın öz sərhədləri risk altındadır”.

DİA.AZ-dan: Guya Fransa prezidenti neytral mövqedə dayandığını və Güney Qafqazda səmimi sülh tərəfdarı olduğunu iddia edir. Amma onun "Ermənistan sərhədləri TƏHLÜKƏDƏDİR" deyib car çəkməsi, QARABAĞA "yolun açılması" kimi açıq hədəflərinin olması faktı da sübutlayır ki, Fransa prezidenti nəinki neytral deyil, aşkar şəkildə tərəf rolunu oynayır. Onun təzyiq etməsinə gəlincə... Bakı hər halda Makrona dünyanın neçə bucaq olduğunu RƏSMİ QAYDADA HİSS ETDİRİB... Və bu siyasət rəsmi Bakı üçün dəyişkən xarakterli yox, milli dövlətçilik maraqlarıdır...
Tarix: 25-08-2023, 22:59
Xəbəri paylaş





Xəbər lenti