Ermənilər gecə Əsgəran yolunu bağladı

Ermənilər gecə Əsgəran yolunu bağladı

Avqustun 29-da Qarabağın erməni sakinləri Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Qarabağ üçün göndərdiyi humanitar yardıma qarşı Əsgəranda etiraz aksiyası keçirilməsinə başlayıblar.
Xəbərdə deyilir ki, Qarabağ sakinləri Rusiya sülhməramlılarının Əsgərandakı postunun ətrafına yığılırlar. Ağdamdan Xankəndiyə yol burdan keçir.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, ermənilər burada çadırlar quraşdırmağa başlayıblar və gecəni burada qalıblar. “Əsgəranın meri” kimi təqdim olunan Ayk Şamiryan Azatutyuna deyib ki, sakinlər Azərbaycandan Ağdam yolu ilə göndərilən yardımı istəmirlər.
Azatutyun bunu da xəbər verir ki, Bakıdan 40 ton unla göndərilmiş iki yük maşını artıq Ağdama çatıb.
Azərbaycan Qırmızı Aypara Cəmiyyəti bildirir ki, hazırda onlar humanitar yükün Xankəndiyə çatdırılmasının təşkili üçün Rusiya sülhməramlılarından cavab gözləyirlər.
Azatutyun bunu da xəbər verir ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan avqustun 29-da gecə ərzaq mallarının Qarabağa yalnız Laçın dəhlizi ilə gətiriləcəyini deyib.
Arutyunyanın mətbuat katibi Lusine Avanesyan isə az əvvəl demişdi ki, Bakı humanitar yük göndərilməsini Qarabağ erməniləri ilə razılaşdırmayıb.
yenisabah.az
Tarix: 30-08-2023, 10:36
Xəbəri paylaş





Xəbər lenti