“Laçın alınmasa, Ermənistana dinclik yoxdur” - Ermənilər başlarını itiriblər

“Laçın alınmasa, Ermənistana dinclik yoxdur”
Ermənilər artın bir neçə müddətdir Qafandakı aeroportun işləməməsi, daha doğrusu, işləyə bilməməsinin “günahkarı”nı axtarırlar. 
Siam.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, məsələnin ilk başında Ermənistan hakimiyyətini ittiham edən ermənilər, bir müddətdir hədəf olaraq Azərbaycanı göstərirlər.

Onlar iddia edirlər ki, Qafan hava limanının işləməməsinin səbəbkarı Azərbaycandır. Bunun onunla “əsaslandırırlar” ki, guya, Azərbaycan Qafan hava limanının cəmi 200 metrliyində post qurub və oradan təyyarələrin uçuşuna mane olur. Lakin bu maneçiliyin nə cür həyata keçirildiyi deyilmirdi. Amma iki həftədir həmin “maneçiliyi” tapıblar.

Belə ki, erməni tərəfi iddia edir ki, Azərbaycan davamlı olaraq Qafan aeroportunu atəşə tutur. Hətta dünən guya, Azərbaycan Ordusu Laçın rayonun Ağkənd kəndi istiqamətində aeroporta atəş açıb. “Üç güllədən ikisi hava limanının gəliş zalı və dispeçer otaqlarına dəyib. Nəticədə, əmlaka ziyan vurulub”.

Aydın məsələdir ki, bütün bunların hamısı yalandır. Çünki Azərbaycan hələ 44 günlük müharibə zamanı, Gəncə, Mingəçevir, Bərdə və Tərtər rayonları raketlə vurulan zaman ermənilərin heç bir mülki obyektinə adekvat zərbə endirmədi. Çünki Azərbaycan Ordusu üçün legitim hədəflər yalnız və yalnız hərbi obyektlərdir. Ona görə də, ermənilər özləri müxtəlif təxribatlar törədərək, günahı Azərbaycanın üzərinə atmağa çalışırlar.

JAMAZ.İNFO xəbər verir ki, ermənilərdən bəziləri “çıxış yolu” da tapıblar. Onlardan biri politoloq Edqar Elbakyandır. O “təklif” edir ki, Ermənistan dərhal Laçın rayonunu “azad etməli”dir. “Ermənistan ordusu vaxt gözləmədən Laçını götürməlidir. Nə qədər ki, Laçın götürülməyib, Ermənistana və Zəngəzura dinclik olmayacaq”.

P.S. Bu “ağıl torbaları”na başa salmaq lazımdır ki, daha o dövrlər keçdi, o əyyamlar bitdi. İndi nə Azərbaycan həmin Azərbaycandı, nə də Ordumuz həmin Ordudur. Əgər Laçın tərəf hər hansı təxribata əl atarsalar, onun cavabını layiqincə və lazımınca alarlar. Necə ki, digər ərazilərimizdə ermənilər törətdikləri təxribatın cavabının qat-qat artığını alırlar.
Tarix: 5-09-2023, 08:26
Xəbəri paylaş





Xəbər lenti