“Ermənilər Ağdam yolunu bağlamamalıdır, çünki onun Laçın yolundan starteji fərqi yoxdur” - “İravunk”
Ermənistanda nəşr olunan “İravunk” qəzeti Ağdam-Xankəndi və Laçın yolları haqqında maraqlı, həm də fərqli bir məqalə ilə çıxış edib. SİAM.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni nəşri Ağdam-Xankəndi və Laçın yolları arasında paralellər aparıb və onların bir birindən mahiyyətcə fərqlənmədiyini bildirib.
Qəzet yazır ki, Ağdam yolu ilə Xankəndiyə ərzaq çatdırılmasının təhlükəli olduğu və bunun Qarabağın sonun gətirəcəyi barədə tezislər mənasızdır. “Lakin bu fikirdə olanlar ciddi bir səhvin içində olduqlarının fərqində deyillər. Nikol Paşinyan Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. O, bununla da bütün oyunu pozub. Ona görə də, Ağdam və Laçın yollarının bu gün heç bir strateji fərqi yoxdur. Bunu belə izah edək. İndi Laçından keçərək Xankəndinə çatmaq üçün əvvəlcə Azərbaycan keçid məntəqəsini keçməli, dəhlizin sonuna çatmalısan ki, Rusiya sülhməramlılarının buraxılış məntəqəsinə çatasan. Ağdam yolunda da vəziyyət eynidir. Əvvəlcə Azərbaycan, daha sonra isə rusların postlarını keçib, Xankəndiyə çatasan. Yəni, hansı tərəfdən daxil olsan, qarşında Azərbaycan və Rusiya postları çıxacaq”.
“İravunk” “ac qalarıq, Azərbaycan çörəyini yemərik” sözlərinin də mənasız və gülməli olduğunu qeyd edib. “Bu sözlər çox vətənpərvər sələnir. Amma sadə sual budur ki, Ağdam yolunun açılması, Azərbaycandan ərzaq gətirilməsi Qarabağda yaşayan ermənilərin xeyrinədirmi? Bu adamlar anlamırlar ki, Ağdam yolunun açılmasına imkan verməməklə Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq üçün şans verirlər. Digər tərəfdən, əgər Azərbaycandan gələn ərzağı yemək istəmirsizsə, alın, yeməyin və atın getsin”.
Erməni qəzeti yazıda Azərbaycan Prezidentinin xarici məsələlər üzrə müşaviri Hikmət Hacıyevin fikirlərini də təftiş edib. “Hikmət Hacıyev deyir ki, Ağdam yolunun açılması ilə Laçın yolu da açılacaq və bu bölgədə gərginliyi azaldacaq. Azərbaycan və Ermənistan arasında danışıqların dominantlığı Rusiyadadır. Üstəlik, 10 noyabr razılaşması ilə Rusiya da Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edib. Paralel olaraq, Paşinyan da Qarabağı Azərbaycan torpağı kimi tanıyıb. Lakin görünən odur ki, Paşinyanın bağlı olduğu Qərb dairləri bölgədə müharibənin tərfdarıdırlar və Nikolu dab u prosesə sürükləyirlər”.
Qəzet sonda Qarabağdakı quldur dəstələrinin yeni başçısı və onun atacağı addımlardan çox şeyin asılı olacağını da iddia edib. “Qarabağada bu gün vəziyyət dəyişmək üzrədir. Yeni rəhbər seçimi həyata keçirilir. Yeni seçiləcək rəhbərin də qarşısında iki yol var: ya Ağdam yolunu açmalı, ya da müharibəyə getməlidir. İndi hər şey ondan asılıdır”.