“Köçəryan və Sarkisyan Qarabağ məsələsində erməniləri eşşək yerinə qoyub” - Aram Orbelyan
Rusiya prezidenti Vladimir Putinin dünən Qarabağla bağlı açıqlaması və orada Alma Ata bəyənnaməsinə istinad etməsi Ermənistanda müzakirələrə səbəb olub. Siam.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, erməni tərəfi iddia edir ki, guya, həmin bəyənnamədə Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı heç nə yazılmayıb.
Hətta bəzi ekspertlər iddia edirlər ki, guya, Ermənistanın Ali Məclisi həmin vaxt sənədin ratifikasiya edərkən, oraya bəzi qeydlər ediblər. Bu iddiada olanlardan biri də hüquqşünas Aram Orbelyandır.
O deyir ki, indiyə qədər Qarabağın hər hansı status almaması, onun Azərbaycanın tərkib hissəsi olması ilə bağlıdr. “Əgər Qarabağ hər hansı beynəlxalq hüquqi status alsaydı, bu o deməkdir ki, Azərbaycanın bir hissəsi olmaq haqqında heç bir müzakirə aparılmazdı. Alma-Ata bəyannaməsinin mətnində bəzi məqamların olmasına dair fikirlər var. Hətta Ermənistan Ali Məclisinin həmin bəyənnaməni ratifikasiya edərkən, bəzi qeydlər əlavə etdiyi də deyilir”.
Orbelyan maraqlı bir məqama da toxunub. O bildirir ki, əgər Alma Atı bəyənnaməsində Qarabağ Azərbaycan ərazisi kimi göstərilibsə, o zaman indiyə qədər aparılan bütün danışıqların heç bir əsası olmayıb. “Qarabağ Azərbaycan ərazisidirsə, Ermənistan indiyə qədər nəyin davasını edib? Beynəlxalq hüquq özü bütün dövlətlərin ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir ki, hər hansı dövlətin ərazisinə qarşı güc tətbiq etmək qadağandır. O zaman belə çıxır ki, Robert Koşəryan və Serj Sərkisyan indiyə qədər erməni xalqını eşşək yerinə qoyub”.