Xankəndinə erməni pulu, Ermənistandan benzin buraxılmamalıdır - ÇAĞIRIŞ
Bu gün yayılan məlumatlardan aydın olur ki, Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar.DİA.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, yüklər BQXK-nın nəqliyyatı ilə daşınacaq.
Bu olayı DİA.AZ-a şərh edən politoloq Elxan Şahinoğlu maraqlı təkliflə çıxış edib. "Təzyiq davam etməlidir. Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir", deyə sərt mövqe nümayiş etdirən ekspert çağırışda da bulunub :
"Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər".
Tarix: 17-09-2023, 23:31