"Sülhməramlı"lar separatçıların Ağdərədə bir hərbçimizi yaraladığını qeydə aldı...


“Görünür, hələ bəzi separatçı-terrorçular yaxşı dərs almayıb və rəşadətli Azərbaycan əsgəri onlara dərs verməkdə davam etməlidir...”
 
Azərbaycan Respublikasının suveren Yuxarı Qarabağ ərazisindəki son antitteror əməliyatları nəticəsində darmadağın edilmiş separatçı-terrorçu erməni birləşmələrinin tör-töküntüləri bəzi yerlərdə silahları təhvil vermək əvəzinə, hələ də müqaviməti davam etdirirlər.
 
Siam.az Moderator.az-a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, sentyabrın 23-də Rusiyanın “sülhməramlı” adlanan kontingenti (RSK) Ağdərə istiqamətində atəşkəs rejiminin pozulmasını qeydə alıb. Atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu yaralanıb.
 
“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi və Qarabağ nümayəndələri ilə birgə bu faktla bağlı araşdırma aparır”, - məlumatda belə deyilir.
“Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün Qarabağdakı silahlı qüvvələr(qanunsuz separatçı-terrorçu erməni birləşmələri-S.L.) Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 23-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800-dən çox atıcı silah, tank əleyhinə silahlar və hava hücumuna qarşı daşınan raket kompleksi, 22 minə yaxın döyüş sursatı təhvil götürülüb”- RSK-nın məlumatında daha  sonra bildirilir. 
 
P.S. Görünür, hələ bəzi separatçı-terrorçular yaxşı dərs almayıb və rəşadətli Azərbaycan əsgəri onlara dərs verməkdə davam etməlidir.
 
Tarix: 24-09-2023, 11:27
Xəbəri paylaş





Xəbər lenti