Laçın postunda SƏRT REJİM tətbiq oluna bilər.... - GƏLİŞMƏ

Laçın postunda SƏRT REJİM tətbiq oluna bilər....
Samvel Babayan Qarabağdan Ermənistana necə keçdiyini açıqlayıb. Etitaf edib ki, Ermənistana qayıdan Ağdərədəki ermənilərin maşın karvanında Laçın sərhəd-keçid məntəqəsini keçə bilib. Jurnalistin “Laçın postundan necə keçə bildiniz” sualına “hamı kimi, problemsiz” cavabını verib.

Görünür, qarışıqlıqdan istifadə edərək, sadə erməni sakinlərin arasında keçməyə nail olub. Lakin bu, Qarabağda qalan separatçıların keçmiş “rəhbərlərinin" qaçması üçün problem yaradacaq, çünki onun açıqlaması Laçın postunda nəzarət tədbirlərinin gücləndirilməsinə səbəb ola bilər.

İstisna deyil ki, Babayanın məqsədi də budur: onun Qarabağdakı digər separatçılarla münasibətləri kəskin idi, hətta başlarının dəstələri ilə “mafiya hesablaşması” belə aparırdılar və bu qarşıdurmanın Ermənistanda da davam edəcəyi gözlənilir. Bako Saakyan, Arkadi Qukasyan kimi separatçılar Ermənistana gedə bilsələr, keçmiş “Qarabağ klanı” ətrafında Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlar. Bunu nə Nikol, nə də onunla işləyən Samvel istəyir. Babayan onların çıxışının qarşısını almaq üçün belə demək mümkünsə, Bakıya “postda nəzarəti gücləndirin” mesajı ötürür.

Asif Nərimanlı - DİA.AZ
Tarix: 27-09-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti