Rus müxalif mediası Azərbaycanı HƏDƏFƏ ALIB -ZİBİLƏ DÜŞMÜŞÜK...

Rus müxalif mediası Azərbaycanı HƏDƏFƏ ALIB
Rusiyanın müxalif media və internet resursları Azərbaycanın Qarabağda anti-terror əməliyyatından danışarkən erməni təəssübkeşliklərini gizlədə bilmirlər.

Bu resurslar Rusiya prezidenti Vladimir Putinə qarşı iki iddia irəli sürürlər:

1. “Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan ordusunun hücumunu dayandırmalı idi”
2. “Rusiya hakimiyyəti 2008-ci ildə Cənubi Osetiyada sülhməramlı kontingentə açılan atəşə görə Gürcüstana qarşı müharibəyə başladı, ancaq Kreml Qarabağda 6 rus hərbçisini öldürən Azərbaycana heç nə demədi”.

Bu iki iddianı irəli sürən resurslar iki arqumenti nəzərə almaq istəmirlər. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli narahat edirdi, buna görə də Vladimir Putin az saylı Rusiya hərbi kontingenti vasitəsilə Azərbaycanı durdurmaq fikrində deyildi, üstəgəl Moskva Ukraynaya qarşı işğalçı müharibə fonunda Bakı ilə münasibətləri korlamaq istəmirdi.

İkincisi, prezident İlham Əliyev döyüş ortasında qəfil peyda olan və təsadüfi atəş nəticəsində öldürülən rus hərbçilərinə görə telefon danışığında Putindən üzr istədi və ölən hərbçilərin ailələrinə təzminat ödəməyə hazır olduğunu vurğuladı. Məsələ bununla da qapandı.

Kremlin Rusiya hərbi kontigentinin Qarabağdan çıxmasına razılaşacağı gün də uzaqda deyil.

Elxan Şahinoğlu - DİA.AZ
Tarix: 1-10-2023, 23:01
Xəbəri paylaş





Xəbər lenti