Araikin qardaşı və bu ikisi aradan çıxa bildi?..

Araikin qardaşı və bu ikisi aradan çıxa bildi?..
Xankəndində artıq küllərinin tüstüsü də kəsilməkdə olan “mərhum” separatçı-terrorçu hayk rejiminin sonuncu qondarma “dövlət naziri” Artur Arutyunyan, qanunsuz “daxili işlər naziri” Karen Sarkisyan və üzdəniraq “milli təhlükəsizlik xidməti”nin rəhbəri Ararat Melkumyan “bir neçə saatdır ki, Ermənistandadırlar”.
 
Moderator.az xəbər verir ki, “Artsaxpress”in dünən axşam saatlarında yaydığı bu məlumatı “Armenpress”-ə açıqlamasında gorbagor kriminal xuntanın keçmiş “prezidenti” Araik Arutyunyanın qardaşı olan Artur Arutyunyan təsdiqləyib.
 
P.S. Adları çəkilənlər o dərəcədə də ciddi və təhlükəli fiqurlar deyil. Əsas odur ki,  dünən axşam saatlarında Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan(2020-2023),  Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş qanunsuz “parlament” sədri David İşxanyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə həbs edilərək Bakıya gətirilib...
 
Artıq separatçı-terrorçu rejimin sonuncu “prezident”i Samvel Şahramanyanın da həbs edilməsi haqda informasiyalar yayılmaqdadır.
Tarix: 4-10-2023, 07:51
Xəbəri paylaş





Xəbər lenti