Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir - RƏSMİ

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir
19-20 sentyabrda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra heç bir zərurət olmadığından 8 müşahidə, 16 müvəqqəti məntəqəsini bağlayan sülhməramlılar hazırda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə məşğul olmaq qərarına gəliblər.

SİAM.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin günlük bülletenində bildirilib.

Qeyd edilib ki, sülhməramlılar Qarabağda “nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə” yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bu məntəqələrin 8-i Azərbaycan yol polisi ilə birgə fəaliyyət göstərir.
Tarix: 18-10-2023, 09:10
Xəbəri paylaş





Xəbər lenti