Mehri dəmir yolu bu şərtlərlə açılır: Qərb rayonlarından Naxçıvana gediş... - Mühüm gəlişmə


Erməni Baş nazir Nikol Paşinyan bir neçə dəfə sülhlə bağlı açıqlama verib. Amma onun bu fikirlərinə ciddi yanaşmaq da olmur. Çünki o, gah ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasından danışır, gah da digər məsələləri gündəmə gətirir. Bu mənada Paşinyanın Avropa Parlamentindəki çıxışı, Azərbaycana qarşı reallıqdan uzaq yanaşmalar səsləndirməsi fonunda sülhlə bağlı fikiriləri konkretlikdən uzaqdır. 

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycanın sülh məsələsində mövqeyi birmənalıdır:

“Prezident İlham Əliyev də Paşinyanla görüşündə bu məsələni müzakirə edib. Azərbaycanın istəyi odur ki, sülh müqaviləsi imzalansın. Bunun fonunda Azərbaycan tərəfinə demoqoqiya xarakterli çıxışlar deyil, konkret nəticələr lazımdır”.

Komitə sədri Zəngəzurdan keçən Mehri yolunun açılması ilə bağlı məsələyə də münasibət bildirib:

“Bununla bağlı 10 noyabr 2020-ci il Bəyanatında konkret müddəalar var. Razılaşmada Ermənistanın üzərinə öhdəlik qoyulub. Mehri yolu ilə yanaşı, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında kommunikasiya xətləri açılmalıdır. Nəhayət Ermənistan buna əməl etməlidir. Üç ildir ki, bu məsələ həll edilməyib. Fakt odur ki, Ermənistan müharibədən sonra Qarabağdan ona məxsus silahlı birləşmələri də çıxartmamışdı. Azərbaycan məcbur olub antiterror tədbirləri ilə qanunsuz silahlıları və terrorçuları ərazidən çıxartmalı oldu”.

Ziyafət Əsgərov hesab edir ki, Zəngəzur dəhlizi istiqamətində kommunikasiyaların açılmaması Ermənistana ziyandır:

“Hazırda dəhlizin açılmasına Ermənistanın daha çox ehtiyacı var. Coğrafi baxımdan qapalı bir ölkə üçün Zəngəzur dəhlizinin açılması digər dövlətlərlə ticarət, nəqliyyat, kommunikasiya əlaqələrinin qurulması deməkdir”. 
Tarix: 19-10-2023, 21:32
Xəbəri paylaş





Xəbər lenti