Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-
mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə
üzvləri ilə birlikdə sentyabr ayının 19-da lokal antiterror əməliyyatlarında
şəhid olmuş rayonun Evoğlu kəndindən olan 1999-cu il təvəllüdlü
müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Vəlizadə Rəşad Elşən
oğlunun məzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiram əlaməti olaraq
məzarı önünə gül dəstələri qoyublar. Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov
şəhidlərin ruhuna dua oxuyub.
Sonra rayon rəhbəri şəhidin 40 mərasimində iştirak edib. Mərasimdə
torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin
ruhuna dualar oxunub, xatirələri yad edilib.
İcra başçısı şəhidin aliəsinə başsağlığı verərək, ona Ulu Tanrıdan rəhmət
diləyib, Vətən uğrunda canından keçməyi bacaran Rəşad kimi vətənpərvər
oğul böyütdükləri üçün onlara minnətdarlığını bildirib.
Qeyd olunub ki, sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan
Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur
etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və
hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də Ali Baş Komandan
cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə
Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu
oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz
tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan Ali Baş
Komandanımız cənab İlham Əliyevlə və onun hakimiyyəti dövründə
yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad
edən gənclərimizlə fəxr edir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 30-10-2023, 22:46