Erməni səfir Qarabağ ermənilərinin mümkün qayıdışından danışdı: “Sülh müqaviləsində...”

 
“Qarabağ ermənilərinin mümkün qayıdışı məsələsi 9 noyabr tarixli bəyanatın 7-ci bəndində təsbit olunub, lakin sülh müqaviləsində bu barədə söhbət olmayıb və yoxdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan yerli mətbuata müsahibəsində danışıb. Marukyan sülh müqaviləsində Qarabağ ermənilərinin mümkün qayıdışı məsələsinin müzakirə olunub-olunmaması sualına cavab verib.
“Mən bu məsələnin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi kontekstində müzakirə mövzusu olacağını düşünmürəm. Bu insanların hüquqları məsələsi yerində qalır, lakin sazişlə bağlı müzakirələrin mövzusu deyil. İndi biz yeni reallıqlar dövründə yaşayırıq”, - deyə Marukyan bildirib.
Qondarma və separatçı qurumun “dövlət institutlarının” saxlanması məsələsinə gəlincə, Marukyan bildirib ki, Ermənistanda buna nail olmaq mümkün deyil. “Ermənistan akkreditasiyadan keçməyən diplomatik qurumları öz ərazisində saxlaya bilməz. Ermənistanın milli təhlükəsizliyi kontekstində Ermənistan Respublikasının ərazisində belə formada qurumların formalaşdırılması və saxlanması düzgün deyil”,-deyə o söyləyib.
Tarix: 4-11-2023, 13:29
Xəbəri paylaş





Xəbər lenti