Qarabağda SÜLH... - AZ QALIB...

Qarabağda SÜLH...
“Vəziyyət mürəkkəbliyini qoruyub saxlayır. Son zamanlar Ermənistan rəsmiləri sülh sazişi haqqında açıqlamalar versələr də, Rusiya bu məsələni inhisara almağa çalışır”.

Siam.az bildirir ki, unu Reyting.az-a professor Qabil Hüseynli Azərbaycan ilə Ermənistan arasında sülh sazişi məsələsindən danışarkən deyib.

Q. Hüseynli hesab edir ki, əslində ruslar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında o qədər də maraqlı deyillər. “Əlbətttə, mən bu ilin sonuna qədər sülh sazişinin əldə ediləcəyinə inanmıram. Bu, ola da, olmaya da bilər. Amma gələn ilin əvvəllərində sülh sazişi hökmən əldə ediləcək. Bunun üçün şəraitin yarandığı açıq hiss olunur”, - deyə Q. Hüseynli əlavə edib.

Professor bildirib ki, verilən açıqlamalardan prinsipial məsələlər üzrə razılaşmaların əldə edildiyi qənaətinə gəlmək olar. Onun sözlərinə görə, çox az məsələlər var ki, onlar hələ razılaşdırılmayıb.

Q. Hüseynlinin fikrincə, Azərbaycanın dövlət başçısı İ. Əliyev və Ermənistan baş naziri N. Paşinyan bir araya gələrək digər məsələləri də razılaşdıra bilərlər:

“Mənim qənaətimə görə, sülh sazişinə maneə yaradacaq bir məqam ola bilər, bu da könüllü olaraq Qarabağı tərk edərək Ermənistana gedən ermənilərin geri qayıtması haqda tələblərdən ibarətdir. Ümid edirəm ki, Ermənistan tərəfi sülh prosesinə mane olacaq nüansların üzərinə getməyəcək”.

Professor xatırladıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Brüsseldə və Moskvada keçirilib, bəzən Vaşinqton da tərəfləri bir araya gətirmək üçün təşəbbüslər göstərib. Q. Hüseynli düşünür ki, bunların ən uyğunu Brüssel prosesi olub: “Brüssel prosesi hələ də əhəmiyyətini itirməyib. Hazırda Brüssel və Moskva arasında rəqabətin olduğu açıq-aşkar görünür. Əgər Brüssel təşəbbüsü itirmək niyyətində deyilsə, o zaman Azərbaycanı maraqlandıran və həm də Bakının maraqlarına cavab verən gündəliklə çıxış etməlidir. Yox, əgər Brüssel Emmanuel Makron (Fransa prezidentini nəzərdə tutur-red.) və digər qərəzli siyasi fiqurların göstərişi ilə hərəkət edəcəksə, bu zaman həmin platforma Azərbaycan üçün maraqsız olacaq”.

Q. Hüseynli qeyd edib ki, son zamanlar Gürcüstan da təşəbbüslə çıxış edir. O, bunu da müsbət hal kimi dəyərləndirib.
Tarix: 4-11-2023, 23:35
Xəbəri paylaş





Xəbər lenti