Şuşada “erməni bayrağı” – ABŞ şirkətindən təxribat – Foto


Yerin peyk görüntüləri əsasında hazırlanan məşhur “Google Earth Pro” proqramında Şuşa şəhərindəki inzibati binanın üzərində keçmiş separatçı rejimin və Ermənistanın bayraqları yerləşdirilib.
Siam.az Ekonominfo.az-a istinadən xəbər verir ki, “Google Earth Pro” proqramında yer alan görüntülər ABŞ-ın peyk xidmətləri göstərən məşhur “Maxar Technologies” şirkəti tərəfindən hazırlanır.
Qeyd edək ki, “Maxar Technologies” şirkəti peyk görüntüləri əsasında Yerdəki obyektlərin 3D modelini hazırlayır.
“Maxar Technologies” şirkəti Şuşa şəhərindəki obyektlərin də 3D modelini hazırlayıb və bunlar “Google Earth Pro” proqramında yerləşdirilib.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra da “Maxar Technologies” şirkəti proqramda yenilənmələr edib və Şuşada inşa olunan yeni obyektlərin 3D modelini hazırlayıb.
Lakin, maraqlıdır ki, Şuşa şəhərindəki inzibati binanın 3D modeli dəyişdirilməyib. Hazırda “Google Earth Pro” proqramında yer alan görüntüdə keçmiş separatçı rejimin və Ermənistanın bayraqları göstərilir.
Məlumat üçün onu da bildirək ki, “Maxar Technologies” şirkəti Azərbaycana məxsus "Azerspace-2" peykini hazırlayıb və buna görə Azərbaycandan 190 milyon dollar alıb.

Tarix: 11-11-2023, 23:30
Xəbəri paylaş





Xəbər lenti