Azərbaycan Zəngəzura müdaxilə edə bilər: ABŞ-ın narahatlığına səbəb... - Detallar açıqlandı
Beynəlxalq Haaqa Məhkəməsinin çıxarmış olduğu qərar ümumiyyətlə Azərbaycanın əleyhinə deyil. Azərbaycan dövlətinin nümayəndəsinin bu məhkəmədə verdiyi açıqlamalara zidd qərar çıxarılmayıb. Eyni zamanda ABŞ-ın “907-ci” düzəlişi ilə Azərbaycan heç nə itirməyəcək.Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, bu günə qədər Amerikadan Azərbaycana ciddi maliyyə yardımı və silah göndərilməyib:
“907-ci” düzəlişin təkrar gündəmə gəlməsinin də heç bir təsiri olayacaq. Əslində, yeni nəsə bir şey baş verəcək və bu düzəlişin tətbiqi dayandırılacaq”.
Politoloqa görə, Amerika tərəfindən belə bir çəkincəklik var ki, Azərbaycan Zəngəzura hərbi müdaxilə edə bilər:
“Ermənilər Amerikanı buna inandırıblar. Eyni zamanda dünyanı, Qərbi inandırıblar ki, Azərbaycan bizim ərazimizə girmək istəyir. Azərbaycan nümayəndəsi isə açıqlama verib ki, bizim Zəngəzura hərbi müdaxilə etmək niyyətimiz yoxdur”.
Fərhad Mehdiyev hesab edir ki, Qərbin və ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan məhz bu yolla çıxarılmasına istiqamətlənmiş addımlarla bağlı fikirlər də səslənir:
“Amma realıq odur ki, onlar Azərbaycanı daha sonrakı hərbi əməliyyatlardan çəkindirmək istəyir. Azərbaycan tərəfi bəyan edir ki, ermənilər Qarabağa qayıtmaq istəyirsə, azərbaycanlılar da Zəngəzura qayıtmaq niyyətindədir. Erməni tərəfi də bunu hərbi müdaxilənin əsaslandırılması kimi başa düşür”.
Tarix: 20-11-2023, 22:26