Hiyləgər plan: “Təsəvvür edin ki, Kəlbəcərdə...” - Bakı dərhal imtina etdi

“Azərbaycan Avropa Birliyinin müşahidə missiyasından təsadüfən imtina etməyib”.
Herbiand.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Avropa Birliyinin Ermənistandakı fəaliyyətlərinə diqqət çəkib:
“İrəvan və Avropa Birliyi arasında Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqda saziş imzalanıb. Müqaviləni Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb. Status sazişi əsasən hüquqi məsələləri tənzimləyir. Səfirin sözlərinə görə, məzmun olduğu kimi qalacaq, müşahidəçilər monitorinqi davam etdirəcəklər.
Beləliklə, missiya kiçik müvəqqəti qrupdan Ermənistan ərazisində daimi əsaslarla fəaliyyət göstərən, genişlənən ştatı, çoxlu sayda regional idarələri, ən əsası isə özünəməxsus xüsusi statusu olan tamhüquqlu Avropa qurumuna çevrilir. Vaxtilə missiyanı bizə yükləməyə çalışdılar, amma dərhal bundan imtina etdik. Görünən budur ki, boş yerə deyilmiş.
Təsəvvür edin ki, Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə çoxlu sayda “kaspşiklər” ora-bura fırlanır, hər şeyi izləyir və Borrelə məruzə edirlər, o qərar verir və ya vermir.
Ermənistan tərəfi öz “sərhədlərinin suverenliyi”ndən danışanda onlara xatırlatmaq istərdim ki, xarici missiyalar suveren sərhədlərə nəzarət etmir”.
Tarix: 21-11-2023, 09:17
Xəbəri paylaş





Xəbər lenti