Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR... - ARAŞDIRMA
Necə olur ki, ölkədə 45 illik tarixi olan Elmi-Tədqiqat Kardiologiya İnstitutu ola-ola, ürək-damar cərrahiyyələri adi özəl klinikalarda həyata keçirilir?”
Bu və ya digər suallara cavab tapmaq ümidi ilə “Təzadlar”a yazan şikayətçilər həm də soruşurlar: “Hörmətli redaksiya! İnstitutun gələcək taleyini düşünən varmı? Rəhbərlik nə işlə məşğuldur ki, ürək-damar xəstələri üzrə tanınmış mütəxəssislər böyük ənənəsi, tanınmış tibb personalı olan İnstitutdan adi özəl klinikalara işləməyə gedirlər???”.
Beləliklə, institutdan redaksiyamıza gələn şikayətçiləri fakt və maddi sübutları bizə təqdim etdilər, mümkün olanların ictimailəşdirilməsini xahiş etdilər.
Qeyd edirik ki, bu faktlar və qeyd olunanlar institutun direktoru Gülnaz Dadaşovaya və institutun [email protected] elektron poçtuna mövqe bildirilməsi üçün göndərilmişdir.
Aşağıda bəzi məqamları təqdim edirik:
“Hörmətli “Təzadlar”! Biz, aşağıda məlum səbəbdən imzamızı göstərə bilmədiyimiz institutut əməkdaşları, yazıb Sizə dərin təşəkkürümüzü bildiririk ki, nəhayət, səsimizə səs verdiniz. Təsəvvür edin, fəaliyyət şüarını “Azad söz və jurnalist peşəkarlığı” yazan bir çox elektron medialar Sizdən götürüb paylaşdıqları yazıları sonradan səhifələrindən silirlər. Buna nə ad vermək olar? Lakin Siz obyektivlik nümayiş etdirərək problemləri qaldırırsınız və tədbir görülməsi üçün aidiyyəti ünvanlara göndərirsiniz. Aşağıda Sizə çalışdığımız Elmi-Tədqiqat Kardiologiya İnstitutundakı real vəziyyət barədə olanların bir qismini təqdim edirik.
İlk növbədə xatırladırıq ki, institutun direktoru Gülnaz Dadaşova hər yerdə özünü professor kimi təqdim edir. Siz Prezident yanında Ali Attestasiya Komissiyasının rəsmi saytına sorğu göndərin, bu adlı professor varmı? Eləcə də onun doktorluq işi barədə araşdırma aparmağınız yaxşı olar, çünki bildiyimiz qədər sizin bu sahədə yaxşı təcrübəniz var.
Hazırda institutda mövcud ab-hava elədir ki, istənilən mütəxəssislər uyğun özəl sahələrə getmək üçün yollar axtarırlar. Bir müddət əvvəl institutun elmi katibi Sona Qəhrəmanova əsassız olaraq işdən çıxarıldı. O, məhkəməyə müraciət etdi, Ali Məhkəmədə işinə bərpa qərarı verildi və əvvəlki vəzifəsinə qayıtdı, hətta direktor ona təzminat da ödəməli oldu. Sona xanım buradakı mühitdən bezib bir müddət əvvəl Azərbaycan Dövlət Tibb Universitetində işə getdi, elmi-pedoqoji fəaliyyətini orada davam etdirir. Sizə son zaman kəsiyində Gülnaz Dadaşovanın direktor təyinatından sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutundakı işini itirən, məcbur olub başqa tibb müəssisələrinə gedən təcrübəli həkimlərin siyahısını təqdim edirik: Elman Ələkbərov, Tibb elmləri doktoru idi, Rufanə Allahverdiyeva, Afaq Qəhrəmanova, Afət Quliyeva, Sona Qəhrəmanova... Təsəvvür edin, Kardiologiya İnstitutunun infarkt şöbəsinin rəhbərlərindən olmuş tibb elmləri doktoru Elman Ələkbərov özü mətbuata müsahibəsində görün nə deyir: “...İnstitutda respublikadakı ən böyük infarkt şöbəsinin rəhbəri idim. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi. Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb, dedilər ki, bütün xəstələri qəbul edəcəksiz. Kiçik, dar otaqda 6 həkim hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, elmi-tədqiqat institutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 70 qəpikdən qəbul etməməlidir... Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, icbari tibbi sığorta belə deyir, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam. Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Elə yerdə işləmək mənə yaraşmazdı... Mən heç vaxt illərdir əziyyət verdiyim, alışdığım institutu, kollektivi tərk etməzdim. Hamı gəlib tökülür ki, gedək professor mənə baxsın, sığortadır, baxmalıdır. Halbuki biz sığortaya daxil deyilik, çünki biz elmi hissədəyik. Çox hörmətsiz şərait idi, müdiriyyət də bizi gah o otağa atdı, gah aşağı. Gördüm ki, böyüyə hörmət yoxdur, mən də belə şəraitdə işləyə bilməzdim...”.
Bundan başqa, 22 ildir burada çalışan Nurlana Rüstəmova da direktor Gülnaz Dadaşovanın etdiyi haqsızlıqlara və qərəzli münasibətlərinə dözə bilmədi. Riqa Elmlər Akademiyasında, eləcə də Rusiyada çalışan kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana Rüstəmova öz etirazını mətbuatda açıq şəkildə bildirib, amma yenə də faydası yoxdur.
Biləsiniz ki, institutda tematik xəstələr yoxdur, niyə, çünki baş həkim İcbari Tibbi Sığorta ilə gələn xəstələrin 90%-i özünə yaxın başqa klnikalara göndərtdirir. Hazırda Kardiologiya İnstitutunda elmi-tədqiqatlıqdan əsər-əlamət yoxdur, rəhbərlik isə bunu deyil, pul qazanmağı düşünür. Məsələn, İnstitutda müalicə alan xəstələr direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələr baş həkimləri və ya həkimləri direktorumuza rəğbətli “Kəpəz” klinikasına, Bakı Sağlamlıq Mərkəzinə, “Ege” hospitala və ya Kamran Musayevin Mərkəzi Klinikasına göndərilir. Bu xəstələrin 90 faizi isə bu klinikalarda anju, stentləmə, şuntlama əməliyyatları altına verilir. Hətta bəzilərinə təcili əməliyyat lazım olduğu deyilir. Beləliklə, həm tibbi sığorta fondundan külli miqdar vəsait cəlb olunur, həm də bu xidmətlərinə görə Kardiologiya İnstitutunun rəhbərliynə təbii ki, halallıq edilir. Biz “xəstə sayına görə aylıq haqq verilir” də yaza bilərdik, sabah siz də deyəcəksiniz ki, bunu necə sübüt edək? Amma külli institut kollektivi bilir ki, bu, belədir. Elə direktorun özü də.
Diqqətinizə daha bir vacib məsələni çatdırırıq, bunu Səhiyyə Nazirliyinin də ünvanına çatdırarsınız. Məsələn, direktor Gülnaz Dadaşova institutdan olan şikayətləri, biabırçılıqları, həkim-professorların, elmi işçilərin şəraitsiz mühitdə çalışmalarından diqqəti yayındırmaq üçün institutun 45 illik yubileyini keçirtdi. Ümumən 30 min manata başa gələn bu tədbirdən çəkilən klipə 7 min manat pul verilmişdir. İnstitut 1979-cu ildə yaradılıbsa, onda belə çıxır ki, 44 illiyi olmalıdır. Hətta 1979-cu ildə qərar verilmişdi, amma institut 1980-ci ildə açıldı. Bu hesabla 43 illiyi olmalı idi. Amma Dadaşova 45 illik yubileyi keçirdi. Açılışa isə institutun sabiq rəhbərləri dəvət olunmadı, amma açılışı Mərkəzi Klinik Xəstəxananın direktoru Kamran Musayev etdi. Niyə? Məgər Kamran Musayev bu institutun rəhbəri olmuşdu? Çünki bizdə anju sistemi yoxdur, bütün bahalı xəstələr Kamran Musayevin yanına göndərilir, orda isə bu işləri Firdovsi İbrahimov edir. Axı niyə anju aparatı bu boyda institutda olmamalıdır?
Bu boyda institutda hamam yoxdur. Xəstələr isə ağlara və qaralara bölünür. Klipə 7 min manat verib özünü reklamlatdıran direktor həmin pula onlarla kondisioner alıb hər bir palatalara qoydura bilərdi. İlin bu qızmarında ürək-damar xəstələri istilərə necə dözməlidir, insafları yoxdur bunların? Fazil Alməmmədovla hər şeyi məsləhətləşən direktor niyə bu məsələni də onunla birgə yoluna qoya bilmir? Təsəvvür edirsinizmi, burada qadın-kişi tualeti bir yerdədir.
TƏBİB-in və Shiyyə Nazirliyinin xüsusi qərarı var ki, dövlət xəstəxana və tibb müəssisələri firma dərmanları ala bilməz. Lakin institut firmalarla işləyir, xəstələrə deyirlər ki, tez sağalmaq istəyirsənsə, bu dərmanı al. Bu isə rəhbərlik üçün aylıq pul gəliri deməkdir, bunu hamı bilir.
Dəhşətli bir fakt: institutda tam lüks və yarımlüks otaqlar və bir də ümumi palatalar var. Burada 4 yarımlüks, 6 tam lüks otaqlar vardır. Yarımlüks otaqlar 40-50 manata, lüks otaqlar isə 50-70 manat arası verilir. Reanimasiyada isə 2 otaq var. Bu otaqlarda hamam və tualet olduğundan xəstələr ağlara bölünüb həmin palatalara yerləşdirilirlər.
Baş həkim özünə Azər Mirzəxanlı adlı bir şəxsi müavin gətirib. Cəlilabad DSMF-dən qanunsuz fəaliyyətinə görə iştən çıxarılan şəxsdir. Hamıya qul kimi baxır, söyür, təhqir edir. İnstitutda belə rəftar heç vaxt olmayıb. Gülnaz Dadaşovanın sürücüsü var, Qalib Abışov. Qalib Abışovun oğlu Natiq Abışov mühafizənin rəisidir. Direktor işə saat 12-də gəlir, 7 nəfər mühafizə onu müşaiyət edir, işdən gedəndə də elədir. Biz sizə videolar göndəririk, özünüz nəticə çıxarın. Direktor kimdən qorxur axı? Qalib Abışovun qardaşı Sadiq Abışov institutun təsərrüfat işləri müdiridir. Qalib Abışovun bacısı oğlu Xəyyam mühafizədədir, Digər qardaşı Natiq Abışovun həyat yoldaşı isə institutda qeydiyyatçı vəzifəsində çalışır.
Direktorun köməkçisi və ətrafında çoxsaylı gənc xanımlar var. Onların barəsində isə ayrıca videokadrlar göndəririk. Baxın və özünüz nəticə çıxarın. Araq, pivə, viski... butulkalarını görəndə təəccüblənməyin.
Direktorun baldızının oğlu İslam SOCAR-da işləyir, amma burada proqramist kimi ştatda saxlanılır. Hərbi çağırışçılarla bağlı məsələyə isə artıq Hərbi Prokurorluq araşdırma aparmaqdadır, sorğu verə bilərsiniz. Burada bütün məlum işlər müavin Azər Mirzəxanlının əli ilə görülür, baş həkim Rza Səmədov isə sakit adam olduğundan yalnız baxıb susur.
Direktor pandemiya zamanı Məhəmmədi kəndində modul tipli xəstəxana yaratdı. Xəstələri oraya 3-5 min manata qəbul edirdilər. Şikayətçi xəstələr var, Sizə göndərə bilərik. Direktorun ailə məhkəməsi barədə... (Bu barədə Ədliyyə Nazirliynə sorğu göndəriləcək.RED.).
Direktorun katibəsi Nailə Mustafayevanın burada özünü necə aparmasını bilmək istəyirsinizsə, əməkdaşınızı bura göndərin, bizim yazdıqlarımıza inanmaya da bilərsiniz...”.
(Davamı var)
-Bəs niyə institutda tibb personalı direktorun fəaliyyətindən narazılıqla danışanda Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun adını çəkirlər??? Axı institut mərkəzə tabe deyil. Bəs onda nə baş verir???