Çəkilmiş meyvə şirələrini içmək olmaz.
SİAM.AZ "Medicina"ya istinadən xəbər verir ki, diyetoloq Fuad Məcidovun sözlərinə görə, meyvəni freş halına saldıqda, onun tərkibində yalnız su və şəkər qalır, yəni təmiz qlükoza.
"Bu da müəyyən zaman çərçivəsində qana sovrulur. Nəticədə qanda qlükozanın dərəcəsi çoxalır. Nəinki, böyüklərn içməsi, hətta uşaqlarınıza meyvəni çəkib vermək ziyandır.
Əsasən də yaşlı insanlarda infark, insult, artroz, altimmun xəstəliklərinin yaranmasına səbəb olacaq.
Marketlərdə satılan meyvə şirələri daha betər xəstəliklərə yol açır. Şirənin tərkibindəki dadlandırıcılar və digər qatqılar orqanizmə birbaşa təhlükədir.
Ümumilikdə mövsümi meyvə və tərəvəzlərin vaxtında yeyilməsi daha məsləhətlidir. Çalışın meyvənin sirəsini deyil, özünü yeyəsiniz".